Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:38

Ötən il Çində Azərbaycan əhalisindən 2 dəfə çox uşaq doğulub


Foto arxiv
Foto arxiv

2016-cı ildə Çində rekord həddə uşaq doğulub.

“South China Morning Post”un yazdığına görə, ötən il ölkıədə 17,86 milyondan çox körpə dünyaya gəlib ki, bu ötən illə müqaisədə 11,5 % çoxdur.

Qəzetin yazdığına görə, ölkədə uşaq dünyaya gətirə bilən qadınların sayının 5 milyon nəfər azalmasına baxmayaraq belə bir yüksək göstərici əldə olunub.

Hakim dairələrin sözlərinə görə, “bir ailə-bir uşaq” siyasətinin ləğvi çox səmərəli olub.

Bu siyasət ölkədə əhalinin təbii artımını azaltma üçün 1979-cu ildə tətbiq edilmişdi.

Amma hakimiyyət 2015-ci ilin oktyabrında demoqrafik siyasətə, hər ailədə 2 uşaq olmasına icazə verəndüzəliş qəbul elədi.

Məlumata görə, Çinin əhalisi 2016-cı ilin sonlarında artaraq təxminən 1,4 milyar nəfərə çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG