Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 17:13

Çexiya yalan məlumatlarla mübarizə aparacaq


İlustrasiya

Çexiya yanvarın 1-dən təkcə terrorizmlə yox, həm də xarici dövlətlərdən, o cümlədən, Rusiyadan yönəldilən yalan məlumatların yayılması ilə mübarizə aparacaq.

Çexiya Daxili İşlər Nazirliyinin terrozim və müxtəlif təhlükələrlə bağlı mübarizə mərkəzi ölkənin milli təhlükəsizliyinə yönəlmiş hər bir təhlükənin qarşısını almalıdır, o cümlədən, çaşdırıcı, yalan məlumatlarla mübarizə aparmalıdır.

DİN-də yeni yaradılan bu Mərkəzin 20 əməkdaşı var. Onların vəzifələrinə yayılan yalan məlumatları necə idarə etməklə bağlı məmurları məlumatlandırmaq da daxil edilib.

XS
SM
MD
LG