Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:46

Çex şirkətləri kommunal sektora maraq göstərirlər


Foto: arxiv
Foto: arxiv

“ Çexiyanın neft idxalında Azərbaycan neftinin payı təxminən 30 faizdir”.

Bu fikirlər energetika nazirinin müavini Gülməmməd Cavadovun Çex Respublikasının neft-qaz və elektrik enerjisi sektorunda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri ilə görüşündə dilə gətirilib. Bu haqda nazirliyin sentyabrın 21-də yaydığı məlumatda bildirilir.

G.Cavadov energetika sektorunda rəqabət mühütü, yüksək xidmət standartları vətəchizat təhlükəsizliyini təmin edən ölkə kimi Çexiyanın Azərbaycandan ötrü xüsusi maraq kəsb etdiyini vurğulayıb.

Müzakirələr zamanı “Azərbaycanda kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” də diqqət mərkəzində olub. Energetika sektorunda yeni hədəflərin reallaşdırılmasında Avropa ölkələrinin təcrübəsinə istinad olunduğu vurğulanıb.

Görüşdə Çexiya şirkətlərinin enerji sektorunun bütün istiqamətləri üzrə xidmətlər barədə təklifləri nəzərdən keçirilib.

G.Cavadov Çexiya şirkətlərinin təkliflərinin “Azərişıq” ASC və “Azərnerji”ASC-də dəyərləndirildiyini bildirib.

XS
SM
MD
LG