Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 21:49

Çeçəyən adamı xilas etməyin yolunu göstərən həkim vəfat edib


Henry Heimlich

ABŞ-da məşhur cərrah, nəfəsi tutulan adamın xilas metodunun müəllifi Henry Heimlich 97 yaşında vəfat edib.

Bu barədə Associated Press məlumat verib.

Henry Heimlich 1974-cü ildə nəfəsi tutularkən onu xilas metodunu kəşf edəndən sonra məşhurlaşmışdı. Onun bu metodu bütün dünyada yayılmışdı. O, bu nəticəyə gəlmişdi ki, çeçəyən insanı adama kömək etmək üçün onun arxasında durmaq və qəfildən qarnından vurmaq lazımdır.

“Heimlich metodu” dünyada minlərlə adamı ölümdən xilas edib. Həkimin özü bildirib ki, bu üsuldan cəmi iki dəfə istifadə edib.

O, 1987-ci ildə ABŞ-da Nobelə bərabər tutulan Lasker mükafatına layiq görülüb.

XS
SM
MD
LG