Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:50

Çexlərin çoxu Allaha inanmır


Praqa
Praqa

Mərkəzi və Şərqi Avropada yetkin əhalinin böyük əksəriyyəti özünü bir dini qrupa aid sayır və Allaha inanır. Bircə Çexiya Respublikası istisnadır. Burada əhalinin çoxu dini mənsubiyyətinin olmadığını və Allaha inanmadığını deyir. «Pew» araşdırmalar mərkəzi regionun 18 ölkəsində apardığı rəy sorğusuna əsasən belə bir qənaətə gəlib.

Hər 10 çexdən 7-si (72%) dini qrupla bağlılığının olmadığını bildirib. Onlardan 46%-i konkret dinlərinin olmadığını söyləyib, 25% isə özünü ateist sayır. Dini mənsubiyyətdən fərqli olaraq, dini inanca gəlincə, çexlərin 66%-i Allaha inanmadıqlarını deyiblər. 29% isə inanır. Maraqlıdır ki, ABŞ-da dini mənsubiyyətinin olmadığını deyənlərin 61%-i Allaha inandıqlarını dilə gətirirlər.

Ümumilikdə isə, regionda Allaha inam məsələsi geniş miqyasda oturuşub. 18 ölkədə rəyi soruşulanların 86%-i Tanrıya inandığını söyləyib. Polşada bu göstərici 86%, Macarıstanda 59%-dir.

TARİXİ SƏBƏRLƏR

Dini mənsubiyyət məsələsində Çexiya tək deyil. Estoniyada rəyi soruşulanların 45%-i belə düşünür. Regionun 10 ölkəsində pravoslav xristianlar üstünlük təşkil edir. Hər 10 nəfərdən 7-si pravoslavdır. Regionda dörd ölkədə isə katolik xristianlar çoxluq təşkil edir.

Çexiya əhalisinin böyük hissəsinin uzun müddət dini mənsubiyyəti olmayıb və tarixçilər bunu tarixi səbəblərlə bağlayıblar. Bir səbəb çexlərin dini və dünyəvi hakimiyyətin təzyiqinə etirazıdır. 1415-ci ildə Bohemiya keşişi olan Jan Hus-un ardıcılları o, yandırılandan sonra Roman Katolik kilsəsindən ayrıldı.

Çexlərin 64%-i heç bir dini mənsubiyyət olmadan böyüdüklərini söyləyiblər. Araşdırma mərkəzinin başqa bir sorğusu üzə çıxarmışdı ki, hələ uzun müddət ölkədə bu sahədə durum dəyişməyəcək. Belə ki, çex valideynlərin 79%-i övladlarına heç bir dini tərbiyə vermirlər.

Daha çox katolik ailələrdə böyümüş çexlərin 29 faizi də hazırda dini mənsubiyyəti olmadığını deyir.

DAHA AZ MÜHAFİZƏKARDIRLAR

Və sonucda çexlər daha az mühafizəkardırlar, dini fəaliyyətlə də qonşularına nisbətən az məşğul olurlar. Məsələn, çexlər arasında qanuni aborta (84%) və eynicinsli nikahlara (65%) dəstək regionda yüksək səviyyədədir. Heç vaxt dini ibadətə getməyənlər 55%, heç vaxt dua etməyənlər 68%-dir.

Dini ideyalara inanclar da təxminən bu cürdür. Çexlərin 19%-i cəhənnəmə inandığını deyir. Regionda bu rəqəm 54%-dir. Polşada (62%) və Xorvatiyada (60%) hər 10 nəfərdən 6-sı cəhənnəmə inanır.

Ancaq bu, heç də ölkənin tamamilə dini inancları danması anlamına gəlmir. Ayrı-ayrı ideyalara inam aşağı səviyyədə olsa da, çexlərin 65%-i sorğuya salınmış 9 ideyadan azı birinə inanır. Məsələn, 32% taleyə inanır. Bir məqam da maraqlıdır ki, çexlər Allahın varlığından çox, ruh və taleyə inanırlar.

XS
SM
MD
LG