Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:23

Cəlilabadda Qafqazın ən qədim məbədi tapılıb


Məbəd
Məbəd

Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkar edilib.

AMEA-nın yaydığı xəbərə görə, məbədin tapılması xəbərini qurumun Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov verib.

Ekspedisiya rəhbəri bildirib ki, ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb.

Son qazıntılar zamanı isə nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə qədim dini məbəd aşkar edilib.

Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün içi küllə doldurulub.

Arxeoloqun qənaətinə görə, kül qalıqları burada dini ayinlərin icra olunması zamanı istifadə edilən odun qalıqlarından yaranıb.

Qazıntılar zamanı ərazidə məbəddən əlavə, iki qəbir də aşkarlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG