Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:38

Cəlilabadda ‘İran Bazarı’ söndürülüb


Yanğın [arxiv fotosu]

Bu gün, iyunun 21-i axşama yaxın Cəlilabad rayonundakı “İran bazarı” deyilən ərazidə yanğın başlayıb.

AzadlıqRadiosu-nun əməkdaşının hadisə yerindən bildirdiyinə görə, yanğın bazarın əsasən plastik məişət əşyaları satılan hissəsində baş verib.

Sakinlər deyiblər ki, yanğın bazar bağlandıqdan az sonra başlayıb. Qısa zamanda yanğının əhatə dairəsi daha da genişlənib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Hissəsinin əməkdaşları və texniki qurğuları hadisə yerinə cəlb edilsə də yanğını söndürmək, hələlik, mümkün olmayıb.

Buna da bax:​ Təzə bazarda yanğından sonrakı mənzərə

Hazırda Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də alovun söndürülməsinə cəlb edilib.

Yanğının baş verdiyi məişət əşyaları bazarına bitişik hissədə parça satılır. Hadisə yerində bildiriblər ki, alov həmin hissəyə keçərsə, yanğının qarşısını almaq çətin olacaq.

Hadisə yerinə toplaşan cəlilabadlılar AzadlıqRadiosu-nun əməkdaşına “İran bazarı”nın bir çox yerli insanların qazanc yeri olduğunu bildiriblər. Onlar yanğın hadisəsinin ümumilikdə əksər rayon sakininin yaşayışına təsir edəcəyini qeyd ediblər.

Hadisə yerində olan bazar işçiləri isə yanğının qəsd ola biləcəyini istisna etməyiblər.

Buna da bax: Bir vaxtlar Dərnəgüldə gül kimi bazar vardi, indi isə...

“Yanğın bazar bağlandıqdan az sonra, özü də plastik əşyalar satılan hissədə başlayıb. Elektrik naqilləri yanğına səbəb olsaydı, bu gün ərzində də baş verə bilərdi”, – hadisə yerində AzadlıqRadiosu-nun əməkdaşına deyiblər.

Hələlik, yanğında zəhərlənmə, xəsarət alma halları ilə bağlı məlumat verilmir.

* * *

Yanğın söndürüldüyü deyilir

Cəlilabaddakı “İran bazarı” deyilən ərazidə baş vermiş yanğının söndürüldüyü bildirilir.

Bu haqda AzadlıqRadiosu-na yerli sakinlər məlumat veriblər.

Buna da bax:​ Astaralı satıcı: 'Nisyə alıcıların sayı iki dəfə artıb'

Onların bildirdiyinə görə, yanğından bazarın məişət əşyaları satılan hissəsindəki ticarət obyektlərinin əksəriyyəti ziyan görüb.

20-dək obyektin isə tamamilə yandığı söylənir. Həmin obyektlərdəki əşyaların da məhv olduğu deyilir. Üstəlik, bir nəfərin də yanğında xəsarət aldığı bildirilir.

Dəymiş ziyan və yanğının səbəbi ilə bağlı, hələlik, rəsmi açıqlama verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG