Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:09

Geylər Çeçenistandan qaçırlar


Gey
Gey

Anzor çirkli döşəmədə uzanıb, əsgər çəkməsi geyinmiş bir kişi kürəyinə çıxıb. Buraxılan elektroşok ağrıları daha da güclənir. «Elə bil, bütün sümüklərim eyni vaxtda xırçıldayırdı», – o, «The Associated Press» agentliyinə Çeçenistanda başına gələnlərdən danışıb.

Anzor homoseksualdır. Rusiyanın cənubunda yerləşən Çeçenistanda onlarla adam gey olmaqda şübhəli bilinərək saxlanıb, işgəncə görüb. Üç nəfərin öldürüldüyü iddia olunur.

O isə Çeçenistandan qaça bilib və hazırda Moskvada gizlənir, təkcə özünün deyil, qohumlarının təhlükəsizliyi üçün də əndişələnir. Agentliyə də tam adının çəkilməməsi şərtiylə danışıb.

«HƏR GÜN İŞGƏNCƏ VERİRDİLƏR»

Rusiyada homoseksuallara antipatiya geniş yayılıb. Gey fəalların yürüşlər keçirmək xahişləri, adətən, rədd olunur. Amma «geylərə qarşı yerli rəsmilərin sanksiyalaşdırdığı bu son kampaniya əvvəl görünən şey deyil», – «Human Rights Watch» insan haqları təşkilatının Rusiya üzrə proqram koordinatoru Tanya Lokshina deyib.

Adının çəkilməməsi şərtiylə danışan başqa bir gey fəal da agentliyə Çeçenistanda onlarla digər şəxslə birlikdə saxlanmasından danışıb. «Bizə hər gün işgəncə verirdilər. Bizi hər gün polipropilen borularla döyürdülər, elektriklə işgəncə verirdilər», – o söyləyib.

Çeçenistanda geylərlə pis rəftar haqda apreldə «Novaya Gazeta» yazsa da, rəsmilər bunu cidd-cəhdlə təkzib edib. Qərb hökumətləri və insan haqları qurumları isə Rusiya rəsmi dairələrini araşdırma aparmağa çağırıb.

Kiyevdə gey-parad
Gözlə
Embed

No media source currently available

0:00 0:01:08 0:00

TABU MÖVZU

Anzor deyir ki, Çeçenistanda homoseksuallıq tabu mövzu sayılır. Bir gey yalnız sosial şəbəkədə başqa bir geylə əlaqə yaradanda özünü tapmış olur. «Qalan vaxtı özümüzü başqa cür aparırıq», – o söyləyib.

40 yaşlarında olan Anzor Moskvada LGTB fəallarının verdiyi evdə qalır. O, Çeçenistanda qaraj tipli yerdə 10 gün saxlandığını, digərləri ilə birlikdə polis rəisinin gözü qarşısında döyüldüyünü, sonra qəfildən buraxıldığını söyləyir.

Agentliyin müsahibə aldığı digər homoseksualın fikrincə, polisin məqsədi onlardan daha çox informasiya almaq, daha çox gey barədə informasiya əldə etmək olub.

«Dərin şok içindəyəm. Heç vaxt belə bir şey görməmişik», – Rusiya LGBT şəbəkəsinin başçısı Tatyana Vinnichenko deyib. O, son həftələr Çeçenistandan qaçan 40-dək homoseksuala yardım edir.

GEYLƏRƏ VİZA ALMAĞA ÇALIŞIRLAR

Vinnichenko-nun telefonu tez-tez zəng çalır, o, digər fəallarla birlikdə xəstəxana, təyyarə biletləri, ev məsələlərini koordinasiya edir. Artıq iki nəfər Rusiyadan çıxıb, digər ikisinə isə təzəlikcə viza verilib və tezliklə Avropaya yollanacaqlar.

LGBT fəalları xarici diplomatlarla görüşür, onları inandırmağa çalışırlar ki, işgəncə görmüş geylərə viza verməklə onların həyatlarını xilas edə bilərlər.

Vinnichenko-nun sözlərinə görə, Moskvadakı ABŞ səfirliyi işgəncə qurbanlarına viza verilməsi üzrə dialoqa meyl göstərmirlər.

Vaşinqtonda Dövlət Departamentiylə əlaqə saxlayan AP-yə deyiblər ki, viza məsələləri konfidensialdır və individual işləri müzakirə edə bilməzlər, ancaq fərdlərin seksual oriyentasiyasına görə təqibini qətiyyətlə pisləyirlər.

XS
SM
MD
LG