Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Amnesty Moskvanı 'Çeçenistanda kütləvi edam' xəbərlərini araşdırmağa çağırıb


Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

Amnesty International insan haqları təşkilatı Rusiyanın hakimiyyət orqanlarını yanvar ayında Çeçenistanda 27 nəfərin kütləvi şəkildə edam edilməsinə dair media xəbərlərinin araşdırılmasına çağırıb.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Denis Krivoşeyev deyib ki, “təhlükəsizlik qüvvələri yalnız dövlətə bağlı olduğu səbəbilə” törətdiyi işgəncə və qətllərin məsuliyyətindən azad edilə bilməz.

Müstəqil “Novoya qazeta” iyulun 9-da adını çəkmədiyi mənbələrə istinadən yazırdı ki, qurbanların harada olmaları barədə məlumat öyrənmək mümkün olmayıb.

Kremlin sözçüsü Dmitri Peskov iyulun 10-da deyib ki, Moskva bu məlumatlardan və Çeçenistan hüquq-mühafizə orqanlarının bu məlumatları təkzib etməsindən xəbərdardır və “bunları nəzərə alıb”.

O deyib ki, “Novoya qazeta” qəzetinin mənbəyi naməlumdur və buna görə də bu barədə nəsə deyilə bilməz.

Xəbər verilir ki, edam edildikləri iddia olunan şəxslərin 2016-cı ilin dekabrında aparılan genişmiqyaslı təhlükəsizlik əməliyyatı zamanı yaxalandıqları bildirlir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG