Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:03

3 cəbhəçinin saxlandığı deyilir.


Bu gün, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalının saxlandığı bildirilir.

Bu barədə AXCP-dən məlumat yayılıb. Saxlananların AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov olduğu deyilir.

Onlardan Ruslan Nəsirli və Babək Həsənovun evində axtarış aparıldığı da bildirilir.

Ancaq bu deyilənləri, hələlik, hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Hazırda AXCP-nin bir neçə fəalı inzibati həbsdədir.

Onlar polisə müqavimətdə ittiham edilərək inzibati qaydada cəzalandırılıblar. Partiyanın 10-dan çox fəalı isə müxtəlif ittihamlarla uzunmüddətli həbs edilib.

Partiya onların şərləndiyini, siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Ancaq rəsmilər ölkədə siyasi əsaslarla həbslərin aparılması haqqqında deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG