Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:44

Cəbhə bölgəsində yeni hərbi hissənin açılışı olub


Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində ,2 iyun 2017

Sentyabrın 19-da cəbhə bölgəsində yeni hərbi hissənin açılışı olub.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Nazirlik bildirir ki, yeni hərbi hissənin inşası Silahlı Qüvvələrin şəxsi heyətinin hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin tərkib hissəsidir.

Açılışda müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.

Hərbi rəhbərlik istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi,digər xidməti və inzibati obyektlər ilə tanış olub.

Bu günlər müdafiə naziri Hava Hücumundan Müdafiə qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrində inşa edilən yeni yaşayış komplekslərinin də açılışında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG