Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:49

Dağlıq Qarabağda qondarma referendum keçirilir


 Bako Sahakian
Bako Sahakian

Fevralın 20-də Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirilir.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, referendumda 102 min seçici iştirak edir.

“Referendum”da qondarma Dağlıq Qarabağ rejimində “prezident idarəçiliyi”nin saxlanması və daha da gücləndirilməsi nəzərdə tutulur.

Erməni mənbələrinin məlumatına görə, referendumun gedişini xarici müşahidəçilər də izləyir.

Qüeyd edək ki, beynəlxalq aləm Dağlıq Qarabağ adında respublika və indiyədək orda keçirilən heç bir seçkini tanımayıb.

Hətta Ermənistanın ən yaxın müttəfiqi sayılan Rusiya bu günlərdə “referendum” la bağlı belə bir bəyanat yayıb:

“Rusiya hesab etmir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bölgədə planlaşdırılan “referendum”un keçirilməsindən asılı olsun”, deyə Rusiya XİN-in informasiya və mətbuat departamentinin məlumatında bildirilir.

Qurumdan bildirilib ki, Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: “Biz hesab edirik ki, onun statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır”.

Həmçinin Avropa Birliyi “referendum” ərəfəsində bəyanat yayaraq, onun nəticələrini tanımayacağını bəyan edib.

Avropa Birliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: “Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa Birliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə tezliklə danışıqların bərpasına çağırır”.

Avropa komissiyasının binası
Avropa komissiyasının binası

Türkiyədə bu günlərdə Dağlıq Qarabağda keçirilən "referendumu" tanımayacağını bəyan edib.

Türkiyə XİN-in bəyanatında bildirilir ki, bu çür hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həlliüzrə sülh danışıqlarına zərər gətirir.

"Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalır", - deyə bəyanatında bildirilib.

Həmçinin İran eyni bəyanatla çxış edib.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə bəyanat yayaraq bu addımı kəskin pisləyib, bunu təxribatçılıq adlandırıb.

Bəyanatda qeyd edilir ki, fevralın 20-də Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsinin planlaşdırması qəbul edilməyəcək: “Bu təxribatçı addımdır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”- bəyanatda vurğulanır.

Sənəddə bu addım Ermənistanın nəzarətində olan ərazilərin, demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirməsi kimi dəyərləndirilir.

XİN hesab edir ki, bu, Ermənistanın regional və beynəlxalq sülhə, təhlükəsizliyə xələl gətirdiyi, onu təhlükə altına qoyduğu anlamına gəlir.

Azərbaycan xarici işlər nazirliyinin binası
Azərbaycan xarici işlər nazirliyinin binası

XİN bəyan edir ki, nəzərdə tutulan “referendum” Azərbaycan Konstitusiyası, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

İstər Azərbaycan, istərsə də dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda elan edilən separatçı respublikanı tanımır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG