Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:53

Kasıb balalarını belə sevindirdilər [Video]


Azərbaycanın ucqar kəndlərinə “ümid dolu çanta” gedir.

Bir qrup könüllü imkansız ailələrə məktəb sovqatı aparır.

Bu çantalar dəftər, qələm, xətkeş və başqa dərs ləvazimatı ilə doludur.

Təşəbbüs “Biz birlikdəyik” sosial layihəsinin üzvlərindən gəlib.

Onlar sosial şəbəkələrdə elan veriblər.

Hərə gücü çatandan yardım edib. İmkansız ailələrin siyahısını isə kənd bələdiyyələrindən alıblar.

İlk sevinən Qubanın Qrız, Haput, Cek və Əlik kəndlərindəki məktəblilərdi.

Könüllülər deyirlər ki, layihənin davamı olacaq...

Buna da bax: Şaxta baba: Rayon uşaqları hələ də nağıllara inanır

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG