Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 18:20

Bir çamadan qızılla bağlı məhkəmə yekunlaşır


Qızıl (arxiv fotosu)

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktoru, general-mayor Qambay Əliyevin evindən bir çamadan qızıl-zinət əşyaları və pul oğurlanması ilə bağlı bir ildir davam edən məhkəmə yekunlaşır.

Avqustun 28-də bu cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşdığı elan olunub.

Oğurluqda suçlanaraq mühakimə olunan isə evin xidmətçisi Sədaqət Məmmədovadır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'Qulluqçu və bir çamadan qızıl' məhkəməsinə jurnalistlər buraxılmadı

GENERAL MƏHKƏMƏYƏ GƏLMƏKDƏN İMTİNA EDİB

Sədaqət Məmmədova ötən məhkəmə iclasında Qambay Əliyevin özünün də prosesdə iştirakı haqda vəsatət qaldırmışdı. Günahsız olduğunu, evdən əşyaların və pulun generalın öz yaxınları tərəfindən oğurlandığını deyən Sədaqət Məmmədovanın sözlərinə görə, Qambay Əliyev özü də bunu bilir. Amma general məhkəməyə gəlməkdən imtina edib.

Avqustun 29-da generalın nümayəndəsi məhkəmənin zərərçəkmişin iştirakı olmadan davam etdirilməsini istəyib. Məhkəmə də Qambay Əliyevin iştirakı olmadan keçirilib.

Generalın nümayəndəsi, həmçinin, jurnalistlərin prosesi izləməsinə etiraz edib. Hakim Qambay Əliyevin vəkilinin bu istəyini də yerinə yetirib. Məhkəməyə jurnalistlər buraxılmayıb.

Buna da bax: 'Qızılların bir hissəsi qatıq vedrəsində, qalanları...'

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona sentyabrın 6-na qədər vaxt verilib.

150 MİN TƏKLİF EDİB Kİ...

Oğurluq hadisəsi generalın anası Böyükxanım Əkbərovanın adına olan evdə baş verib. Sədaqət Məmmədova o evdə xidmətçi olmaqla yanaşı, gecələr Böyükxanım Əkbərovaya da baxır və söylədiyinə görə, buna ayrıca pul alırmış. Oğurluq onun adına olan mənzildə baş verdiyindən, Böyükxanım Əkbərova cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. Amma o, bir müddət öncə dünyasını dəyişib. İndi zərərçəkmişin hüquqi varisi qismində Qambay Əliyev tanınıb.

Buna da bax:​ 'Qızıl Məryəm'in qızı: 'Anamı sevgilim öldürüb'

CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Sədaqət Məmmədova hadisədən bir neçə gün sonra həbs olunub. Onun haqqında ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Amma sonradan qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Sədaqət Məmmədova məhkəmədə ifadəsində deyib ki, qızılları və pulu generalın qızı və kürəkəninin apardığına əmindir. Oğurluğu boynuna götürməsi üçün Nəsimi Rayon Polis İdarəsində ona işgəncə verilməsindən danışan qadının dediyinə görə, ondan generalın qızı ilə kürəkəninin adını hallandırmamağı tələb ediblər. Ev qulluqçusunun sözlərinə görə, həbsxanada olarkən, generalın qızı Sevinc Əliyeva onun yanına gəlib, 150 min təklif edib ki, onun həyat yoldaşının adını çəkməsin. Ardından onun barəsində həbs-qətimkan tədbirini dəyişib ev dustaqlığına buraxıblar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG