Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:14

Yaxın beş ildə Ermənistan iqtisadi artım tempinə görə Azərbaycanı qabaqlayacaq


BVF
BVF

Beynəlxalq Valyuta Fondunun (BVF) prqonozalarına görə, qarşıdakı yarım ildə Ermənistanın iqtisadi artım tempi 3,5 faizi keçməyəcək.

Ermənistan Azərbaycanı ötəcək, Gürcüstandan geri qalacaq. Beynəlxalq Valyuta Fondunun proznozlarıl belədir

Qurumun bugünlərdə açıqlanmış hesabatında qeyd olunur ki, Ermənistan 2016-cı ili ümumdaxili məhsulun bu ölkədə (ÜDM) artımına görə 3,2 faiz həddində başa vura biləcək. Ancaq BVF mütəxəssisləri 2017-ci ilə ÜDM-in 3,4 faizə çatacağını proqnozlaşdırırlar.

Qurumun ekspertləri daha uzun perspektivdə, yəni 2021-ci ilə kimi Ermənistanda ümumdaxili məhsulun artımının davam edəcəyini gözləyirlər. Bu rəqəmin 4 faizə çatacağı bildirilir.

Buna da bax: Azərbaycan büdcəsi neft pulu olmasa...

Həmin göstəriciyə gö rə Ermənistanın yaxın illərdə Azərbaycanı qabaqlamaqda davam edəcəyi ehtimal edilir. Hərçənd Ermənistanın başqa bir qonşusu Gürcüstandan geri qalacağı proqnozlaşdırılır.

Azərbaycanın göstəricilıəri kədərləndiricidir

Hesabat müəlliflərinin fikrincə,2016-cı ilin nəticələri Azərbaycan iqtisadiyyatı üçün yetərincə kədərləndiricidir. Bütün il ərzində Azərbaycanda real ÜDM-in 2,5 faizədək aşağı düşməsi müşahidə olunacaq. Növbəti ildə Azərbaycanda iqtisadi artımın 1,4 faiz təşkil edəcəyi gözlənir.

Buna da bax: 12 milyard manat necə xərclənib?

Beynəlxalq Valyuta Fondunun ekspertləri Azərbaycanın qarşıdakı beş ildə də Ermənistandan geridə qalacağına əmindirlər. Onların proqnozlarına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artım həddi 3,2 faiz olacaq. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi həmin müddətdə qonşu Ermənistanda iqtisadi artımın 4 faiz həddində olacağı gözləniləcək.

Gürcüstan qonşularını qabaqlasa da...

Gürcüstanda da göstəricilərin çox da yüksək olmayacağı proqnozlaşdırılır, hərçənd qonşularının fonunda onun göstəriciləri daha yaxşı olacaq. Fondun ekspertləri əmindirlər ki, növbəti ildə Gürcüstanda ümumdaxili məhsulun real artımı 5 faizi ötəcək. Fondun proqnozuna görə, qarşıdakı 5 ildə Gürcüstanda artım göstəricisi 4,8 faiz təşkil edəcək.

Ermənistan və Gürcüstanda mühacirət ciddi problem olaraq qalacaq

Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri hesabatlarında həmçinin işsizliyin artacağına da diqqət çəkirlər. Qurumun məlumatına görə, 2016-cı ildə Ermənistanda işsizlər iqtisadi baxımdan fəal əhalinin 17,9 faizini təşkil edir. Növbəti ildə bu rəqəm cüzi də olsa artaraq 18 faizə çatacaq.

Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri postsovet ölkələrində hökm sürən ağır iqtisadi duruma toxunaraq bir məqamın da üzərində xüsusi dayanırlar. Bu mühacirət problemidir. Fondun mütəxəssislərinin fikrincə, bu ölkələrdən ən az ikisində Ermənistan və Gürcüstanda emiqrasiya əvvəlki kimi ciddi problem olaraq qalacaq.

Buna da bax: Gürcüstan müəllimlərin maaşlarını qaldırır

Onların açıqladığı rəqəmə görə, Sovetlər Birliyinin çöküşündən sonra Gürcüstanda əhalinin sayı 15 faiz, Ermənistanda isə 27 faiz azalıb. Mütəxəssislərin qənaətincə, qarşıdakı illərdə miqrasiya problemi ciddi şəkildə ölkə əhalisinin artım tempinə təsir edəcək. Onlar ölkədən əsasən cavanların və təhsilli insanların getdiyini qeyd edirlər.

“Gənclər və təhsilli insanlar ölkəni tərk edərkən bu dövlətə çox baha başa gəlir. Bu hər şeydən öncəuzunmüddətli perspektivdə artıma, eləcə də vergi daxiolmalarına təsir göstərir, nəzərə almaq lazımdır ki, ölkədə qalan əhali tədricən yaşlanır”, - BVF mütəxəssisləri belə hesab edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG