Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 19:14

Əfv komissiyası daha 100-dən çox müraciətə baxıb


Bu gün, aprelin 6-da Əfv Məsələləri Komissiyası növbəti dəfə toplanıb.

Komissiyanın üzvü Əliməmməd Nuriyevin bildirdiyinə görə, toplantıda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Komissiya üzvü baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verildiyini bildirirb.

Onun sözlərinə görə, komissiyanın bu mərhələdəki işinin yekunu olaraq, əfv sərəncamının may ayında verilməsi gözlənilir.

Komissiya iclaslarını yekunlaşdırdıqdan sonra əfv olunmasını münasib saydığı şəxslərin siyahısı prezidentə təqdim olunacaq.

Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. İndiyədək ümumilikdə 6 iclas keçirilib. Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciətinin daxil olduğu bildirilir.

İndiyədək komissiyada onların yarıdan çoxuna baxıldığı deyilir.

Xatırlatma

Prezident sonuncu dəfə əfv fərmanını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Bu il Novruz bayramı (martın 20-i, 21-i) ərəfəsində də yeni əfv sərəncamının imzalanması gözləntisi olsa da, bu, gerçəkləşmədi. Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

AXC 1918-ci il mayın 28-də yaradılıb. İki il fəaliyyət göstərib. AXC Rusiya ordusunun işğalı nəticəsində süqut edib. Azərbaycan bir də 1991-ci ildə müstəqillik əldə edib.

XS
SM
MD
LG