Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 06:30

Ekspert: 'Azərbaycan buğda idxalından tam asılıdır'


Taxıl

İyulun 6-da Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondu İdarəsinin rəhbəri Zülfüqar Məmmədov son illər buğdanın yerli istehsalı və idxalıyla bağlı məlumatlar arasında müşahidə olunan ziddiyyətləri açıqlaya biləcək bəyanatla çıxış edib.

«Keçən il Azərbaycanda 1.85 mln. tondan artıq buğda yığıldığına baxmayaraq, məhsulun yalnız 100 min tonu şərti olaraq çörək bişirilməsi üçün yararlı çıxıb», - deyə o bildirib.

***Buna da bax-Azərbaycan unundan xəmir niyə axır?

Artıq uzun illərdir ki, Dövlət Gömrük Komitəsinin buğda idxalı üzrə hesabatları ilə Kənd Təsərrüfatı Nazirliyinin yerli istehsalla bağlı açıqladığı statistika suallar doğurur.

Mütəxəssisləri çaşdıran odur ki, Azərbaycanın buğdaya daxili tələbatı ildə 1.3 mln. tondur. Amma 2016-cı ildə ölkədə 1.8 mln. tondan çox məhsul toplandığı halda xaricdən 1.6 mln. ton dənli bitki alınıb.

Dövlət Gömrük Komitəsinin hesabatları aydın şəkildə göstərir ki, Azərbaycan buğda ixracatında Rusiya və Qazaxıstandan tam asılıdır.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov rəqəmlərlə danışır:

***Buna da bax-Astara sakininə niyə çəltik əkmək daha sərf etmir?

«700 min ton həcmində strateji buğda ehtiyatı Fövqəladə Hallar Nazirliyinin xətti ilə alınır. Daha sonra Dövlət Gömrük Komitəsi ölkəyə 1.5 mln. ton buğda idxalı, Kənd Təsərrüfatı Nazirliyi isə ölkədə 3 mln. ton taxıl və 1.8 mln. ton (!) buğda istehsalı haqda məlumat verir».

Ekspert deyir ki, rəsmi məlumata görə, buğdaya olan daxili tələbat 1.3 mln. tondur və rəqəmlərə inansaq belə çıxır ki, ölkəyə buğda tələbatdan iki dəfə çox idxal olunur:

«Bu necə ola bilər və hansı idarəyə inanaq?», - deyə ekspert Vahid Məhərrəmov sual edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG