Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:08

Direktor: 'İndi kim 10 manata bütün günü çöldə işləyər?'


Ramiz Məmmədov
Ramiz Məmmədov

«Bu gün elmdə əsas problemlərdən biri çöl-tədqiqat işlərinin aparılması, digəri isə beynəlxalq, xarici qrant layihələri ilə bağlıdır».

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

R.Məmmədov deyib ki, Nazirlər Kabineti çöl-tədqiqat, ekspedisiya işlərindən ötrü ödənişlər haqqında yeni qaydalar hazırlayıb: «Təsdiq olunan yeni qaydalara əsasən, çöldə tədqiqat işlərini aparmaq üçün elmi işçiyə 10 manat verilir. Əlavə maşın tutulsa, sürücüyə yanacağı da özündən olmaq şərti ilə yenidən 10 manat verilir».

İnstitut direktoru sual edir ki, indi kim 10 manata bütün günü çöldə işləyər? Yaxud hansı sürücü öz maşını və yanacağı ilə birlikdə bütün gününü çöl işlərinə sərf edər?: «Gələcəkdə bu sahədə işlərin uğurlu olması üçün maliyyə məsələlərinə yenidən baxılmalıdır, dəyişikliklər edilməsinə ehtiyac var».

R.Məmmədov deyib ki, xarici qrantların alınması ilə bağlı da müəyyən problemlər var: «Qalib gələn alim xarici qrant hesabında olan maliyyəni ala bilmir. Nazirlər Kabineti yeni qayda qoyub ki, qrantlar Nazirlər Kabinetində qeydiyyatdan keçilməlidir, icazə alınmalıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq olar».

R.Məmmədova görə, belə hallar elm adamlarını işdən soyudur.

Gələn ilin dövlət büdcəsində elm xərcləri azaldılıb. 2017-ci ilin dövlət büdcəsində elm xərcləri 118.5 milyon manat proqnozlaşdırılır. Bu, 2016-cı ilin eyni göstəricisindən 13 milyon manatdan da çox azdır.

Üstəlik, nəzərə almaq lazımdır ki, ötən il Azərbaycanda manat iki dəfə dəyər itirib. Bu il isə 1 ABŞ dolları 1 manat 55 qəpikdən 1 manat 76 qəpiyə yüksəlib

Son illər qrantların qeydiyyatı ilə də bağlı prosedurlar bir xeyli çətinləşib. Bundan vətəndaş cəmiyyətinin təmsilçiləri də narazılıq edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG