Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 04:35

İranda seçkiöncəsi gərginlik [video]


İranda prezidentliyə əsas namizədlərdən biri Ebrahim Raeisi. 6 May, 2017

İranda prezident seçkiləri daim namizədlərin bir-birini ittiham etməsiylə müşayiət olunub. Bu dəfəki seçkilərdə tərəfdarların ittiham edilməsi, ailə üzvləri ətrafında intriqalar və milli təhlükəsizlik məsələlərinə istinad kimi fəndlərə əl atılır.

İslahatçılar və mərkəzçilərlə müttəfiq olan indiki prezident Hassan Rohani-ni mayın 19-da prezident seçkilərində mühafizəkar din xadimi Ebrahim Raisi ilə çətin mübarizə gözləyir. Digər mühafizəkar, Tehran meri Mohammad Baqer Qalibaf da mayın 15-də namizədliyini Raisi-nin xeyrinə geri götürməzdən öncə hazırkı prezidentin ünvanına ciddi ittihamlar irəli sürüb.

Buna da bax:​ Khamenei-dən seçki xəbərdarlığı

YAXINLARI, QOHUMLARI HƏDƏFƏ ALMA

Mühafizəkarların hazırkı prezidenti yerindən tərpətməkdən ötrü əl atdıqları arqumentlər arasında ən çox diqqətçəkən onun Qərblə həddindən artıq yaxınlığıyla bağlı ittihamlardır.

İran. Namizədlərin debatı. 12 may, 2017
İran. Namizədlərin debatı. 12 may, 2017

Bu, mühafizəkarların daim öz opponentlərinə və düşmənlərinə qarşı işlətdikləri fənddir. Yaxın köməkçiləri və ailə üzvləri hədəfə alınmış tanınmış iranlılar arasında Nobel Sülh Mükafatı laureatı Shirin Ebadi-nin də adını çəkmək olar. O, 2016-cı ildə yazdığı "Biz azad olana qədər: İranda insan hüquqları uğrunda mübarizəm" adlı avtobioqrafiyasında İran təhlükəsizlik agentlərinin gecənin bir vaxtı onun bacısını həbsxanaya aparmasından, onun ərini xəyanətə sürükləməsindən, təzyiq vasitəsi kimi onu şərləməyə çalışmasından söz açır.

Buna da bax: Nağı Mahmudi: 'Təəssüf ki, İranda azərbaycanlıların belə partiyası yoxdur'

Müttəfiqləri hücuma məruz qalan prezidentlər, bir qayda olaraq, onları müdafiə edə bilmirlər.

MƏHKUMUN DƏSTƏYİ

Builki seçkilər ərəfəsində ilk üç teledebatda Qalibaf Rohani-ni 2013-cü il qələbəsi zamanı iqtisadi korrupsiyaya görə ölümə məhkum edilmiş şəxsin dəstəyinə arxalanmaqda suçlayıb. Qalibaf ad çəkməsə də, onun iranlı milyarder və biznes maqnatı Babak Zanjani-ni nəzərdə tutduğu aydındır. Yanvarda ölkədə güclü mövqeyi olan məhkəmə sisteminin rəhbəri Sadegh Larijani bəyan etmişdi ki, Zanjani Rohani-nin seçki kampaniyasına dəstək verdiyini iddia edib. Rohani-nin özü bu ittihamı "ağ yalan" adlandıraraq rədd etmişdi.

"Ölümə məhkum edilmiş korrupsiyalaşmış şəxs bir iddia səsləndirib. Korrupsiyalaşmış adama istinad olunmaz ki", – Rohani aprelin 28-də teledebatda deyib.

Buna da bax:​ Rohani-dən avtoritarizm xəbərdarlığı

Mayın 7-də keçirilmiş debatda isə Qalibaf Rohani-nin təhsil nazirinin qızını "xaricdən qaçaqmal yolu ilə paltar gətirməkdə" ittiham edib. Üstəlik, məhkəmə qurumunun sözçüsü bəyanat verərək onun bu ittihamını dəstəkləyib. O, nazirin evində külli miqdarda paltar aşkarlandığını deyib.

Beş namizəddən biri olan, ancaq seçki yarışına hazırkı prezidenti dəstəkləmək üçün qatıldığı deyilən vitse-prezident Eshaq Jahangiri bu ittihamları rədd edərək deyib ki, nazirin qızı bütün gömrük rüsumlarını ödəyib.

KORRUPSİYA İTTİHAMI

Prezident kampaniyasından bir neçə ay öncə Rohani-nin qardaşı, prezidentin yaxın çevrəsinə daxil Hossein Feridun cinayət törətməkdə ittiham edilib. Yanvarda parlamentin 46 üzvü Rohani-ni ölkənin Malayziyadakı keçmiş səfiri olan qardaşını "maliyyə korrupsiyası ittihamı" ilə üzləşməyə məhkəmə qarşısına çıxarmağa çağırmışdı.

"Feridun-un taleyi Rohani-nin siyasi taleyini həll edəcək", – deyə gündəlik "Arman" qəzeti yazırdı.

Buna da bax:​ İranda prezident seçkisi: Kim kimdir

12 may teledebatında həm Raisi, həm də Qalibaf Rohani-ni korrupsiyada ittiham etməyə çalışdılar. Ancaq belə ittihamlarla üzləşən təkcə Rohani deyil. Ondan öncəki prezidentlər, hətta özü mühafizəkar olan Mahmud Ahmadinejad da prezident seçkiləri ərəfəsində buna bənzər ciddi ittihamlarla üzləşib.

QƏRBƏ YAXINLIQ

İslahatçı prezident Khatami-nin aralarında vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin də olduğu tərəfdarları və müttəfiqləri ciddi təzyiqlərə məruz qalmış, hətta həbs edilmişdilər. Khatami-nin siyasi strateqi və müşaviri Said Hajarian-sa hətta 2000-ci ildə sui-qəsd cəhdinin qurbanı olub. Bunun nəticəsində o, qismən iflic olub və daimi tibbi dəstəyə ehtiyacı var.

Mühafizəkarlar arasında Qərbə həddindən artıq yaxınlıq ittihamları da çox populyardır. Martın 15-də İran İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Mohammad Ali Jafari deyib ki, dövlət rəsmiləri arasında qərbyönlü və liberal tendensiyalar sezilməkdədir.

Buna da bax:​ İran seçkiləri: 5 arvadlı molla, qalstuklu və 3 yaşlı qız namizəd...

Iran. General Mohammad Ali Jafari
Iran. General Mohammad Ali Jafari

"Bu gün ölkəni idarə edən rəsmilərin çoxu liberal, qərbyönlü və əksinqilabi baxışlara malikdirlər", – o deyib.

Jafari Qlazqodakı Kaledoniya Universitetindən konstitusiya hüququ üzrə doktor dərəcəsi almış Rohani-nin, yaxud da Amerika universitetlərini bitirmiş kabinet üzvlərinin adını çəkməsə də, bəzi rəsmilərin Qərb universitetlərindən aldıqları dərəcələrlə fəxr etdiklərini vurğulayıb.

İranda seçkiöncəsi namizədlər arasında intriqa qızışır
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG