Britaniyanın Tehrandakı səfiri yanvarın 15-də İranı tərk edib. O ötən həftə İran hakimiyyət orqanları tərəfindən qısa müddətdə saxlanmışdı.
Səfir Rob Macaire-in saxlanmasına səbəb onun yanvarın 11-də Ukrayna sərnişin təyyarəsində həlak olanların xatirəsini yad edən gecə çilləsində iştirak etməsi idi.
Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin Tehran-Kiyev reysi ilə uçan Boeing təyyarəsi İran hərbiyyəsi tərəfindən vurulub.
İranın rəsmi IRNA agentliyi bildirib ki, diplomat İranı ona “ilkin xəbərdarlıq” verildikdən sonra tərk edib.
Britniyanın Xarici İşlər Nazirliyi israr edir ki, Macaire-in Londona səfəri cari xarakter daşıyır və onun üç saat müddətində saxlanmasından əvvəl planlaşdırılmışdı.
Nazirlik bildirir ki, səfirlərin onları göndərən ölkələrə ara-sıra qayıtması normal praktikadır.
Macaire demişdi ki, onun Tehranda keçirilən yadetmə mərasiminə qatılmasının səbəbi sərnişin təyyarəsində həlak olmuş 176 insanın xatirəsinə ehtiramı olub.
O bildirib ki, həlak olanların arasında britaniyalılar da var.
Lakin yadetmə mərasimi tezliklə antihökumət şüarlarının səsləndirildiyi etiraz aksiyasına çevrilib və Macaire bildirir ki, oranı 5 dəqiqədən sonra tərk edib.
İranın Xarici İşlər Nazirliyi bildirib Macaire-nın bu mərasimdə iştirakı “diplomatik normalara zidd” idi.
Tehran Britaniyaya bir daha belə “xətalara” yol verməmək barədə xəbərdarlıq edib.
Britaniya hökuməti səfirin saxlanmasına “qəti etirazını” bildirib və deyib ki, hadisə “beynəlxalq qanunların kobud şəkildə pozulması” kimi qiymətləndirilməlidir.