Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:47

Britaniya Rusiyadan ukraynalıların azad olunmasını tələb edir


Polşanın Krakov şəhərində Oleh Sentsovun azad olunmasını tələb edən aksiya

Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Rusiyada həbsdəykən aclıq elan etmiş Ukrayna siyasi məhbuslarının vəziyyətindən “dərin narahatlıq” hissi keçirir.

Xarici İşlər Nazirliyinin iyunun 6-da verdiyi bəyanatda deyilir ki, Rusiyada həbs edilmiş ukraynalıların siyasi motivlərlə həbs edildiyini söyləməyə əsas var.

Bəyanatda Oleh Sentsov, Oleksandr Kolchenko, Oleksandr Shumkov və Volodymyr Balukh-un “dərhal azad edilməsinə” çağırış edilir.

Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, “uzunmüddətli həbsxana cəzası verilmiş şəxslərin” hamısı Moskvanın Krım yarımadasını işğal etməsinin əleyhinə çıxıblar.

Bəyanatda bildirilir ki, Rusiyada 70-dən çox ukraynalı və krımlıya qarşı cinayət işlərinin qaldırılması bu adamların Rusiya Federasiyasında sistematik təqib olunduğunu göstərir.

Əslən Krımdan olan Ukrayna kinematoqrafçısı Sentsov Rusiyada 20 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı irəli sürülmüş terrorizm ittihamının siyasi motivli olduğu deyilir.

Memorial insan haqları mərkəzi bildirir ki, Shumkov siyasi məhbus hesab edilməlidir. O 2017-ci ildə Ukrayna ərazisində oğurlandıqdan sonra Rusiyaya aparılmışdı.

2017-ci ilin martında Avropa Parlamenti Rusiya və Krım ərazisində saxlanan 30-dan çox Ukrayna vətəndaşının azad olunmasını tələb etmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG