Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:55

Britaniyada savadsızlığa qarşı xeyriyyənin 'desantları'


Britaniyada savadsızlığın aradan qaldırılması sahəsində fəaliyyət göstərən xeyriyyələrdən biri üçyaşlılarla məşğələlərə başlayacaq.

Məqsəd bir çox uşaqların oxu vərdişlərini inkişaf etdirməkdir ki, onlar məktəbə başlayanda sinif yoldaşlarından geri qalmasınlar.

Beanstalk adlanan bu xeyriyyə təşkilatı artıq 40 ilə yaxındır ki, öz könüllülərini ibtidai məktəblərə göndərir. Lakin indi The Evening Standard qəzetinin təbirincə deyilsə, uşaq bağçalarında “desant çıxaracaq”. Məqsəd körpələri bəri başdan sinif partalarına hazırlamaqdır.

Xeyriyyə təşkilatının rəhbərləri bu qənaətdədirlər ki, bağça yaşlarında əlinə kitab almayan balacalar, məktəbə gedəndə pis oxumağa məhkumdurlar.

Beanstalk təşkilatının sözçüsü Steve Hawe deyir ki, “bu raket elmi deyil, sadəcə olaraq uşaq ibtidai məktəbə heç bir oxu vərdişi olmadan başlayırsa, o yoldaşlarının əksəriyyətindən geri qalacaq”.

Onun fikrincə əksinə, ibtidai məktəbə müəyyən oxu və say vərdişi ilə başlayanlar sinif yoldaşlarındabn azı üç ay irəlidə olurlar.

The Evening Standard qəzeti London Oxu kampaniyası çərçivəsində 800-dək “savad könüllüsü” toplayıb. Onların əsas işi oxu və say vərdişləri zəif olanlara kömək etməkdir.

Beanstalk təşkilatının könüllüləri Londonun bir çox rayonlarında bağça uşaqları üçün kitab oxuyurlar. Lakin bu könüllülərin özləri də hazırlıq kursu keçməlidir. Başqa sözlərlə “könüllü” işə böyük məbləğlər xərcləmək lazım gəlir.

Hər bir könüllü üç uşağa təhkim edilir və könüllü onlarla həftədə iki dəfə hər biri 20 dəqiqə çəkən oxu məşğələsi keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG