Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Müsəlman millət vəkillərinə şübhəli maddə göndərilib


İllüstrasiya
İllüstrasiya

Böyük Britaniyada müsəlman millət vəkilləri martın 12-dən başlayaraq içində hədə-qorxu dolu məktub və şübhəli maddə olan qutular alıblar.

New York Times qəzeti yazır ki, məktublarda "Müsəlmanı cəzalandırmaq günü"nə çağırış var.

İfrat millətçilər insanları aprelin 3-də müsəlmanları təhqir etməyə, vurmağa çağırır, buna görə mükafat vəd edirlər.

Məktubda hətta məscidləri partlatmağa, Məkkəyə atom bombası atmağa çağırış da var.

Baş nazir Tereza Meyin kabinetində ev, icmalar və yerli hökumət məsələləri üzrə katib kimi çalışan Sajid Javid martın 15-də ona gələn məktubun surətini Twitter-də paylaşıb.

Müsəlman millət vəkillərinə göndərilən məktublarda pis qoxulu maddə də olub, amma polis deyib ki, bu, insan sağlamlığına ziyan vuracaq maddələr deyil.

Britaniya hökuməti bildirir ki, 2013-2017-ci illərdə İngiltərə və Uelsdə nifrət zəminində baş vermiş cinayətlərin sayı 2 dəfə artıb. O cümlədən dini nifrət zəminində cinayətlərin sayı 4 dəfə çoxalıb.

Buna da bax: İspaniya və Almaniyada islamofobiya halları artır

Ekstremist qrupları müşahidə edən ictimai təşkilatlar bildirirlər ki, ifrat sağçı ideologiya sürətlə yayılır.

Elə bir müddət əvvəl Britaniyanın Avropa Birliyindən çıxması ilə nəticələnən referendumda da millətçi əhval xüsusi rol oynamışdı.

İfrat sağçılar radikal islamçıların Avropada və Britaniyada törətdiyi terror aktlarını əldə bayraq edirlər.

Ötən həftə qatı anti-müsəlman mövqeyi ilə seçilən "Britain First" (Öncə Britaniya) ekstremist qrupunun rəhbərləri həbs cəzasına məhkum edilmişdilər.

Müsəlmanlara qarşı təhrikedici çağırışlar ötən il də yayılmışdı.

Son günlər hədələyici məktub alanlardan biri də millət vəkili Rushanara Ali olub.

O deyir ki, əvvəllər də müsəlmanlara qarşı çağırışlarla rastlaşıb, amma son illərdə baş verənlər ciddi narahatlıq doğurur.

Müsəlman millət vəkilləri şübhəli qutuları alandan sonra polis onların ofislərini qısa müddətə boşaltmalı olub.

Buna da bax: İngilis azarkeşlər müsəlman futbolçunun şəninə mahnı oxuyur [Video]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG