Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 08:06

Britaniyada Avropa İttifaqı üzvlüyünə dair ikinci referendum qaçılmaz ola bilər


The Independent” qəzeti yazır ki, Avropa İttifaqına üzvlüyə dair ikinci referendum hökumətin yeganə çıxış yolu ola bilər.

Hər halda keçmiş baş nazir David Cameron-un siyasət müəllimi bu qənaətdədir.

Vernon Bogdanor deyib ki, Avropa İttifaqından çıxış üçün keçirilən danışıqlarda yaşanan ən müxtəlif çətinliklər içində vurnuxan baş nazir Theresa May üçün ikinci referendum “xilasedici kəmər” ola bilər.

Londondakı King’s College Universitetinin “hökumət” professoru etiraf edib ki, onun qənaətinə rəğmən hazırda ikinci referendum ağlabatan görünmür.

Lakin professor əmindir ki, xanım May Aİ-dən “təmiz çıxış” üçün parlamentdə kifayət qədər dəstəyə malik deyil.

Bundan başqa son seçkidə müxalif leyboristlərin gözlənilməz irəliləyişi – məhz Avropa İttifaqında qalmaq istəyənlərin “intiqamı” kimi qiymətləndirilir. Politoloqlar bu fikirdədirlər ki, Leyborist Partiyası hələ bundan da böyük irəliləyişə nail ola bilər.

Vernon Bogdanorun fikrincə, bütün bunlar parlamentdə “yumşaq Brexit-lə”, “sərt Brexit” tərəfdarları arasında pat vəziyyətinin yaranması ilə nəticələnəcək.

“Yumşaq Brexit” Briraniyanın, Aİ-dən çıxsa da, vahid bazar və gömrük sistemində qalmasını nəzərdə tutur. “Sərt Brexit” variantını seçərsə, London Avropa ilə bütün əlaqələrini qırmalı olacaq.

Professor Bogdanor deyir ki, parlamentdə pat vəziyyətinin yaranacağı təqdirdə ikinci referendum qaçılmaz olacaq.

Professor “The Guardian” qəzetində yazır ki, bir çox hökumət rəsmilərinin fikrincə “ictimaiyyət Aİ-dən çıxış danışıqlarının gedişatı barədə sözünü demək haqqına malikdir”. Texniki baxımdan bu ikinci referendum deməkdir.

Bogdanor qeyd edir ki, Britaniyanın Avropa İttifaqından çıxması onun bir dövlət kimi varlığı ilə bağlı ciddi və təməl problemlər yaradır.

“Məhz buna görə də yekun saziş barədə təkcə parlament yox, həm də xalq öz rəyini bildirməlidir” – yazır Bogdanor.

Hazırda Britaniyanın üçüncü böyük partiyası olan liberal-demokratlar ikinci referendumun keçirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG