Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:36

Britaniya və Fransa Rusiyanı ‘tamaşa və maskarad' qurmaqda ittiham edir


Aprelin 7-də Dumaya edilmiş kimyəvi hücumda onlarca uşağın həlak olduğu iddia edilir
Aprelin 7-də Dumaya edilmiş kimyəvi hücumda onlarca uşağın həlak olduğu iddia edilir

Britaniya və Fransa - Rusiya və Suriyanın bu ayın əvvəllərində Suriyanın Duma şəhərində guya kimyəvi hücumun olmadığını deyən şahidlər təşkil etməsini “tamaşa” və “maskarad” adlandıraraq pisləyib.

Rusiya və Suriya aprelin 26-da Kimyəvi Silahların Qadağanı Təşkilatı – OPCW-in Haaqadakı qərargahına Dəməşq yaxınlığındakı Dumada kimyəvi hücumdan heç bir zərər çəkməmiş bir neçə nəfəri təqdim etmişdilər.

Rusiya və Suriya rəsmiləri bununla əlaqədar mətbuat konfransı keçirəcəklərini bildiriblər. Bu konfrans üçün yazılmış dəvətnamələrdə deyirlir ki, tədbirdə “Dumada “kimyəvi hücuma” dair saxta videoda istifadə olunmuş şəxslər iştirak edəcəklər”.

Birləşmiş Krallığın təşkilatdakı nümayəndəsi Peter Wilson deyib ki, Britaniya Rusiyanın tədbirində iştirak etməyəcək, “çünki OPCW teatr deyil”.

O həmçinin deyib ki, Rusiya belə addımları ilə OPCW-nin, xüsusilə də onun fakttoplama missiyasını pozmaq istəydiyini nümayiş etdirir.

Fransanın Hollandiyadakı səfiri Philippe Lalliot deyib ki, “son yeddi ildə öz xalqını qətliam edən və qazla boğan Suriya hökumətindən belə bir çirkin maskarad təəccüblü görünmür”.

Birləşmiş Ştatlar, Britaniya və Fransa aprelin 7-də Dumada onlarla insanın ölümü ilə nəticələnmiş iddia edilən kimyəvi hücuma cavab olaraq aprelin 14-də Suriyaya 100-dən artıq raket zərbəsi endiriblər.

Suriya və ona bu ölkədə davam edən müharibədə həlledici kömək etmiş Moskva kimyəvi hücum olduğunu danırlar.

Aprelin 25-də OPCW-nin müfəttişləri Dumaya ikinci dəfə baş çəkərək oradan nümunələr götürüblər. Bu nümunələr təhlil üçün göndəriləcək.

Bu arada, aprelin 26-da Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşərək Suriya və İranla nüvə sazişi məsələlərini müzakirə edəcəklər.

İran da Rusiya ilə birlikdə Suriya münaqişəsində Assad-a dəstək verir.

Rusiya, İran və Türkiyə ötən ildən etibarən Qazaxıstanın Astana şəhərində Suriya münaqişəsinin çözümü üçün danışqılar prosesinə başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG