Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:20

ABŞ rəsmisi Bakıda azadlıqlara hörmətin vacibliyindən danışıb


Bridget Brink
Bridget Brink

ABŞ-ın Azərbaycandakı səfirliyi bu ölkənin dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Bridget Brinkin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.

Səfirliyin yaydığı məlumata görə, Bridget Brink mayın 31-i Bakıya rəsmi səfər edərək prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov və müxalifət nümayəndələri ilə görüşlər keçirib.

Bridget Brink prezident İlham Əliyevi və Azərbaycan xalqını dünyanın ilk müsəlman parlament ölkəsi olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının yüz illik yubileyi münasibətilə təbrik edib.

Tərəflər Əfqanıstan və terrorla mübarizə də daxil təhlükəsizlik məsələlərini müzakirə ediblər. Dövlət katibinin köməkçisinin müavini ABŞ-ın Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə dair marağını bildirərək 25-ci Xəzər Neft və Qaz Sərgisinin və Şahdəniz 2 yatağından qaz təchizatının başlanmasının vacibliyini vurğulayıb.

Dövlət Departamenti rəsmisi sözügedən tədbirlərin Avropada enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasında oynadığı mühüm rolu qeyd edib.

Rəsmi görüşlər zamanı Brink həmçinin vurğulayıb ki, sərbəst toplaşma azadlığı, qanunun aliliyi və korrupsiyaya ilə mübarizə də daxil olmaqla təməl azadlıqlara hörmətlə yanaşma həm Azərbaycanın biznes mühiti, həm də ikitərəfli tərəfdaşlıqdan ötrü vacibdir.

Xatırlatma

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink sonuncu dəfə Azərbaycanda bu ilin fevralında olmuşdu.

Dövlət Departamenti rəsmisi onda da həm ikitərəfli əməkdaşlıq və həm də fundamental azadlıqlara hörmətin vacibliyi ilə bağlı fikirlər dilə gətirmişdi.

Mayın 30-da Bakıda XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi-konfransı öz işinə başlayıb. Konfrans iki gün davam edib.

Mayın 29-da isə Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinə ilk qaz vurulub.

Bu layihə 2020-ci ildə tam başa çatmalıdır.

XS
SM
MD
LG