Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:10

Bosniya xorvatları miqrant avtobuslarını geri qaytarıblar


Mayın 18-də 270-dək miqrantı Sarayevodan Bosniya-Herseqovinanın cənubundakı qaçqın mərkəzinə aparan bir neçə avtobus polis tərəfindən saxlanaraq geri qaytarılıb. Qaçqın mərkəzi xorvatların əksəriyyət təşkil etdiyi ərazidə yerləşir.

İnsan qaçaqmalçıları Yunanıstandan Albaniya, Monteneqro və Xorvatiyadan keçməklə Qərbi Avropaya yeni “marşrut” açdıqdan sonra bu il Bosniyaya 4 minədək miqrant daxil olub.

Sözü gedən miqrantlar Sarayevodakı bir parkda icazəsiz qurulmuş düşərgədə yaşayırdılar, lakin hakimiyyət orqanları onların Bosniya paytaxtının 100 kilometrliyində yerləşən Salakovaç qaçqın düşərgəsinə köçürülməsi barədə qərar verib.

Miqrantların əksəriyyəti Suriya, İraq, Əfqanıstan, Türkiyə və Şimali Afrikadan olanlardır.

Avtobuslar etnik xorvatların çoxluq təşkil etdiyi Herseqovina-Neretva kantonunda yerli polis tərəfindən dayandırılıb.

Kantonlar arasındakı əlaqə yalnız tunel vasitəsilədir. Bu tunelin bir başında Sarayevo polisi, digər ucunda isə Bosniya xorvat polisi dayanır.

Günorta saatlarında xəbər agentlikləri avtobusların Sarayevonun 40 kilometrliyində dayandırıldığını bildirirdilər.

Bosniya iki muxtar vahiddən - əhalisi müsəlman bosniyalılardan və katolik xorvatlardan ibarət Müsəlman-Xorvat Federasiyasından və pravoslav serblərin çoxluq təşkil etdiyi Republika Srpskadan ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG