Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:34

Bosniya və Herseqovina Serbiyaya qarşı məhkəmə iddiası qaldırır


Soyqırım momerialı, Bosniya

Bosniya və Herseqovina soyqırım iddiasıyla bağlı Serbiyaya qarşı yenidən Beynəlxalq Məhkəməyə müraciət edəcək.

Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzzetbegovich bildirib.

Bakir İzzetbegovich deyib ki, məhkəməyə yenidən müraciət olunması günahsız qurbanların haqqıdır:

"Ədalət və həqiqət axtaran hər kəs bizim kimi edərdi".

Bosniya və HerseqovinaBeynəlxalq Haaqa Məhkəməsinə gələn həftə müraciət edəcəkş

İzzetbegovich bildirib ki, serb komandir Ratko Mladicin mühakiməsi zamanı Yuqoslaviyada minlərlə əsgərin soyqırımda iştirak etməsi, Slobadan Milosevich rejiminin soyqırma dəstək verməsiylə bağlı yeni dəlillər ortaya çıxıb.

2007-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi Bosniya-Hersoqovinanın Serbiyaya qarşı soyqırımla bağlı iddiasını rədd etmişdi. Həmin vaxt məhkəmə yetərincə dəlil olmadığını bildirmişdi. Ancaq yeni dəlillər üzə çıxarsa, 10 il ərzində Bosniya-Hersoqovinanın məhkəməyə müraciət etmək haqqının olduğunu da bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG