Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:22

Gülçülük sovxozunda top mərmisi aşkarlanıb


Top mərmisi (foto ANAMA-nın FB-səhifəsindən götürülüb).

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 26-da operativ məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Sabunçu rayonu, Gülçülük sovxozu adlanan ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib. Orada 1 ədəd 76 millimetrlik top mərmisi (OF-350) aşkar edilərək götürülüb. Həmin mərmi zərərsizləşdiriləcək.

Buna da bax: Gəncədə aviabomba tapılıb

Ümumilikdə, Agentlik yanvarın 1-dən iyunun 26-na kimi ölkə ərazisində 5780 partlamamış hərbi sursat, 191 tank əleyhinə, 30 isə piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG