Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:16

Rusiya BMT qətnaməsindən İranın adını çıxarmağa nail oldu


Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya

Rusiya BMT Təhlükəsizlik Şurasının Yəmənə dair qətnamə layihəsinə veto qoyub. Buna səbəb qətnamə layihəsində İrandan Yəməndəki huti qiyamçılarının raketlərlə təchizatına son qoyulmasınımn tələb edilməsi idi.

Britaniya tərəfindən hazırlanmış və ABŞ tərəfindən dəstəklənmiş bu qətnamə layihəsinə TŞ-nin 15 üzvündən 11-i səs vermiş, iki üzv (Çin və Qazaxıstan) bitərəf qalmış, Boloviya isə sənədin əleyhinə səs vermişdi.

Lakin bunun ardınca 15 üzvün hamısı İranın adı çıxarılmış qətnamə versiyasına yeksdilliklə səs verib.

İran tərəfindən dəstəklənən şiə hutilər Yəməndə 2015-ci ildən bəri Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmən hökumətinə qarşı döyüşür.

Britaniyanın ilkin layihəyə İranın adını daxil etməsi BMT hesabatında Tehranın Yəmənə qarşı silah embarqosunu pozduğuna dair müddəların olması ilə bağlı idi.

BMT ekspertlərinin hazırladığı bu hesabatda qeyd olunurdu ki, hutilərin ötən il Səudiyyə ərazisinə atdığı raketlərin İran istehsallı olduğu məlum olub.

Rusiyanın vetosundan sonra ABŞ səfiri Nikki Haley-in verdiyi bəyanatda Moskva “terroru maliyyələşdirən İran rejimini” himayə etməkdə günahlandırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG