Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 02:48

Bir ildə 100 mindən çox əfqan evini tərk edib


arxiv foto

2017-ci ildə 100 mindən çox əfqan müharibə səbəbindən öz evini tərk etməli olub. BMT-nin mayın 29-da açıqlanan hesabatında belə deyilir.

Hesabata görə, yanvardan bu yana 103 229 nəfər evindən köçmək məcburiyyətində qalıb.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu, 36 faiz azalma deməkdir.

Hesabat müəllifləri azalmanın bəzi səbəblərini də qeyd edir. Bildirilir ki, bəzi regionlarda müharibə artıq ikinci ildir ki, davam edir və həmin regionların əhalisi artıq ötən ildən oradan köçüblər. Digər səbəblərdən biri də odur ki, yoxsulluq artıb deyə çoxuşaqlı ailələrin başqa yerə köçmək üçün maddi imkanı yoxdur.

Bəzi şəhərlər isə ötən ildən fərqli olaraq artıq yaşamaq üçün təhlükəli sayılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG