Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq


Mehman Hüseynov - 24 fevral 2017

Martın 29-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqqer Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq.

Bu haqda AzadlıqRadiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov deyib.

Onun sözlərinə görə, şikayət bloqqer barəsində çıxarılan azadlıqdan məhrum etmə qərarı ilə bağlıdır.

M. Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib

M.Hüseynov 2017-ci il yanvarın n 9-u axşam saatlarında naməlum şəxslər təfədindən oğurlanıb. Yalnız yanvarın 10-u Nəsimi rayon məhkəməsi önünə çıxarılarkən onun Nəsimi rayon 22 saylı Polis Bölməsində saxlandığı məlum olub. Nəsimi Rayon Məhkəməsi M.Hüseynovu 200 manat cərimə edərək sərbəst buraxıb. Jurnasitlər önünə çıxan M.Hüseynov polis bölməsndə saxlandığı müddətdə işgənəclərə məruz qalması haqda açıqlama verib.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev bunu polisə böhtan sayaraq bloqqerə arşı xüsusi ittiham qaydasında iddia qaldırmişd. Bu iddia əsasındaM.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG