Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

Elçin Sadıqov: Mənə qarşı son hadisələrin arxasında hakimiyyət durur


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

“Mənə qarşı baş verən son hadisələrin arxasında vəkillik fəaliyyətimə görə birbaşa dövlət orqanları dayanır, onlar tərəfindən həyata keçirilir və bu ən yüksək səviyyədə idarə olunur”.

Bunu vəkil Elçin Sadıqov öz Facebook hesabında bildirib.

Vəkil qeyd edir ki, ona qarşı hücumlar 2016-cı ilin noyabrından başlayıb.

"Əvvəl avtomobilimin sürətlər qutusunun yağını boşaltmaqla, sonra mənim elektron hesablarıma kiber hücuma cəhd etməklə, 2016-cı ilin noyabr ayında BMCMİ-də hədələndikdən sonra mənə və ailəmə qarşı böhtan xarakterli hücumlar etməklə, 07 noyabr 2016-cı il tarixdə avtomobillə məni vurmağa cəhd etməklə, bununla bağlı etdiyim şikayətlərin heç birini araşdırmamaqla və bu gün yenidən mənə, ailəmə qarşı kibercinayətlər törədilməklə edilməkdədir. Və bu mənim həyatıma qəsdə qədər davam edəcəkdir. Bir daha bildirirəm ki, bütün bunları dövlət orqanları həyata keçirdiyindən bütün məsuliyyət Hökümətin üzərindədir".

Elçin Sadıqov hesab edir ki, bununla hakimiyyət qanunsuzluqları, işgəncələri ifşa edən və siyasi baxışlarına görə tutulan şəxsləri müdafiə edən vəkilləri sıradan çıxarmaq, ölkədə kazarma vəkilliyi yaratmağa yönəlib.

Azərbaycan rəsmiləri ölkədə insan haqlarının qorunduğu, ifadə azadlığına problemlər yaradılmadığını dəfələrlə vurğulayıblar.

Hüquq mühafizə orqanlarından vəkilin dediklərinə və ona olan şantaja hər hansı münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG