Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:11

Əsgər ölüb, yoxsa öldürülüb? [Video]


Əsgər ölüb, yoxsa öldürülüb?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Əsgər ölüb, yoxsa öldürülüb?

-

Tovuz rayonunun Əlibəyli kəndində 5 ay xidmət etmiş Bakı sakini, 20 yaşlı Adil Quliyev hərbi hissədə vəfat edib. Hərbi hissədən onun ehtiyatsızlıq üzündən öldüyünü bildiriblər. Yaxınları isə əsgərin öldürüldüyünü iddia edir.

Dekabrın 6-da valideynləri Adil Quliyevin cənazəsini Bakıya gətirib. Əsgərin cənazəsi hazırda Təzəpir məscidindədir.

AzadlıqRadiosunun müxbiri məscidin qarşından xəbər verir ki, Adil Quliyevin yaxınları ilə Yasamal rayon İcra Hakimiyyəti əməkdaşları arasında mübahisə olub. Əsgərin yaxınları Müdafiə Nazirliyinin onlarla maraqlanmadığını, övladlarının ölümü haqqında düz-əməlli məlumat verilmədiyini deyirlər.

Hələlik ekspert rəyi açıqlanmayıb.

MN-NİN AÇIQLAMASI

Əsgər Adil Quliyev gizir Ceyhun Əhmədovun açdığı atəş nəticəsində vəfat edib. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, hadisə təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində baş verib.

Ölüm faktı ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb. Araşdırma aparılır.

Valideynləri Müdafiə Nazirliyi ilə razılaşmır, övladlarının qəsdən öldürüldüyünü bildirir.

Hərbi hissə ehtiyatsılıqdan, ailəsi isə qəsdlə öldürüldüyünü deyir...
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG