Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

Birjadan kənarda gedən gizli əməliyyatlar


"Bıçaq kəsməyən pullar". Rəşid Şerif. Karikatura.

Azərbaycanda fond bazarı haqqında məlumatlar məhdud olduğundan, bu ilin fevral və may aylarında qeydə alınmış toplam 454 milyon manat həcmində səhm ticarətinin hansı şirkətlərə aid olması qaranlıq qalır.

Rəsmi məlumatların təhlili göstərir ki, səhm ticarətinin əsas hissəsi birjada deyil, ondan kənarda dövr edir. Bakı Fond Birjası (BFB) birjadakı gündəlik ticarət əməliyyatları haqda təkcə konfidensial olan məlumatı – alan və satan tərəflərin adlarını açıqlamır. Amma birjada, bir qayda olaraq, kiçik səhm zərfləri alınıb-satılır. Məsələn, bu ilin beş ayında birjada 616 müqavilə əsasında 1 milyon 346,4 min manat dəyərində səhm ticarəti aparılıb. Hər bir ticarət əməliyyatı haqda isə birja öz hesabatlarında ayrıca məlumat verir.

Buna da bax:​ 'Bu şərtlərlə investisiya fondu yaratmaq sərf etməyəcək'

MDM məlumatı verməyəcəyini deyir

BFB-dən fərqli olaraq, onun «divarlarından kənarda» baş verənlər ictimaiyyətə və investorlara «quru» rəqəmlərdən başqa heç nə demir. Birjadan kənarda hansı qiymətli kağızların alınıb-satıldığını öyrənmək asan məsələ deyil. Axı, alqı-satqı müqavilələrinin qeydə alındığı Milli Depozit Mərkəzi (MDM) ictimaiyyətə yalnız iki məlumat verməklə kifayətlənir: ay ərzində bağlanmış müqavilələrin sayı və onların ümumi məbləği.

Fevralda birjadan kənar platformada qeydə alınmış 184 milyon manatlıq, mayda isə 270 milyon manatlıq qiymətli kağız ticarətinin predmeti olmuş səhmlərin hansı şirkətlərə aidliyini öyrənmək üçün AzadlıqRadiosu MDM-ə yazılı sorğu ilə müraciət edib. Burada isə sorğuya cavab olaraq bildiriblər ki, «tələb olunan məlumatın verilməsi Mərkəzi depozitar tərəfindən açıqlanmalı məlumat dairəsini əhatə etmir».

Buna da bax: Əmanətlərdə faiz dərəcəsi azalıb, kreditlərdə artıb

MDM cavab məktubunda «Qiymətli kağızlar bazarı haqqında» qanunun 28.1-ci maddəsinə istinad edib. Burada deyilir ki, «Mərkəzi depozitar qiymətli kağızlar üzrə ümumiləşdirilmiş məlumatı, onların mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla, ictimaiyyət üçün açıqlamalıdır».

Ekspert: «Depozitar informasiya əldə etmək hüququnu pozub»

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

İnformasiya azadlığı üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, MDM-in rəhbərliyi sorğuya birbaşa cavabdan yayınmaqla qanunu pozub.

Buna da bax:​ 'Bakı Fond Birjasında həmişə dövlət əsas paya sahib olub'

«Sorğuda qiymətli kağızların ticarəti üzrə bağlanmış müqavilənin tərəflərinin adları istənilmədiyindən, qanunun tələbindən də göründüyü kimi, sorğu olunan digər məlumatlar təqdim olunmalı idi. Beləliklə, informasiya əldə etmək hüququ birmənalı olaraq pozulub və o, inzibati məhkəmədə bərpa oluna bilər», – hüquqşünas deyir.

«Qapalı informasiya» rejiminə keçiddə Fərhad Əliyev izi

2012-ci ilə qədər qiymətli kağızlarla birjadan kənarda baş verən ticarət əməliyyatları haqda məlumatı BFB açıqlayırdı. O zaman həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə aid olduğu iddia edilən şirkətlərin nəzarət səhm zərfləri birjadan kənarda alınıb-satılarkən bu əməliyyatlar haqda informasiya mediada yayımlandı. Nəticədə, birja bu bilgilərin ictimaiyyətə təqdim olunmasını dayandırdı. O vaxtdan bəri birjadan kənarda baş verən səhm ticarəti ictimaiyyətə sirr olaraq qalır.

Buna da bax:​ Qiymətli kağızlar bazarında dövlət əsas oyunçudur

Bu ilin fevral və mayında birjadan kənar 454 milyon manatlıq səhm dövriyyəsi yetərincə iri sayıla bilər. Təkcə onu demək kifayətdir ki, 2015-2016-cı illərdə birjadan kənar qiymətli kağız ticarətinin həcmi bundan bir qədər çox – 525 milyon manat olub. Məhdud informasiya siyasəti 5 ildən bəri davam etsə də, Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə münasibət bildirmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG