Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:06

I və IV ixtisas qrupları üzrə imtahan keçirilib


Test imtahana girənlərin yaxınları binanın önündə gözləyirlər 20 may 2018
Test imtahana girənlərin yaxınları binanın önündə gözləyirlər 20 may 2018

--Bu gün, mayın 20-də 2018/2019-cu tədris il üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin I və IV ixtisas qrupları üzrə imtahanı keçirilib.

Bu gün, mayın 20-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb.

Dövlət imtahan Mərkəzinin (DİM) yaydığı məlumata əsasən, ölkənin 11 şəhərində baş tutan imtahanlarda proses əsasən sakit keçib.

Məlumatda vurğulanır ki, ancaq bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədiklərindən imtahana buraxılmayıb.

Bundan əlavə, köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, köçürməyə cəhd edən, imtahan qaydaları ilə bağlı başqa zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ancaq, hələlik, imtahandan xaric edilən abituriyentlərin sayı açıqlanmır.

Mayın 20-də günün sonunda “Space” telekanalında canlı yayımlanacaq “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verməlidirlər. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in internet saytında və Facebook səhifəsində də yerləşdiriləcək.

Mayın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

--

İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazın 62 binasında aparılacaq. Prosesin idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığl məlumatda bildirilir.
Məlumatda həmçinin vurğulanır ki, imtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 nəfər I qrup, 5084 nəfər də IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri də rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) payına düşür. Habelə onların 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər).

26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 nədər də xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.

Xatırlatma

Bundan əvvəl, mayın 13-də isə 2018/2019-cu tədris il üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə imtahanı keçirilmişdi.

XS
SM
MD
LG