Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 03:20

Türkiyənin baş naziri Binali Yıldırımın Rusiyaya səfəri başlayıb


Binali Yildirim

Türkiyənin baş naziri Binali Yıldırımın dekabrın 5-də Moskvaya işçi səfəri başlayıb.

O səfər zamanı rusiyalı həmkarı Dimitry Medvedevlə görüşəcək.

Kremil məlumatına görə, Binali Yıldırımın dekabrın 6-da prezident Vladimir Putinlə də görüşü nəzərdə tutulur.

Danışıqlar zamanı vacib birgə layihələrin reallaşdırılması və iki ölkə arasında ticarətin milli valyuta ilə ödənilməsi də daxil olmaqla əsasən iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə olunacaq.

Türkiyə prezidenti Racep Teyyip Erdoğan bu günlərdə rusiyalı həmkarı Vladimir Putinlə iki ölkə arasında ticarətin milli malyuta ilə maliyyələşdirilməsi barədə razılıq əldə ediblər.

Buna görə də Binali Yıldırımın səfərinə çəkiln xərc də rublla ödəniləcək.

“İzvestiya” qəzetinin yazdığına görə, səfər zamanı həmçinin azad ticarət zonası yaradılması və Turizmin inkişafı da müzakirə olunacaq.

Binali Yldırım səfər çərçivəsində Kazana da baş çəkəcək,Tatarısdan prezident Rustam Minnixanovla görüşəcək və biznes forumunda iştirak edəcək.

XS
SM
MD
LG