Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:58

“Binəqədi faciəsi təkrarlana bilər


Foto arxiv
Foto arxiv

"Belə yanğın təhlükəsi, hələ də qalmaqdadır. Çünki Bakıda binalardan təhlükəli tezalovlanan üzlüklərin çıxarılması prosesi başa çatmayıb”.

İxtisasca memar olan hüquq müdafiəçisi Aytəkin İmranova Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğının iki ilinin tamam olması ilə bağlıdanışarkən belə deyib.

O, tikinti sahəsində nizamsızlığa diqqəti yönəldib.

“Nə qədər ki, tikinti sahəsinə nəzarət yoxdur, orada korrupsiya və asan gəlir qazanmaq faktları qalmaqdadır, bu cür faciələrin təkrarlanmayacağına təminat yoxdur”, deyən A.İmranova Binəqədidəki çoxmətrtəbəli binada baş vermiş yanğının əsaslı surətdə araşdırılımadığını bildirib.

Aytəkin İmranova
Aytəkin İmranova

“Əgər problemin mənbəyi aşkar edilməyibsə…”

“Danışıldı və unuduldu. Bəs o dəhşətli yanğında ölənlər? 15 nəfər həlak oldu - faktiki olaraq,iri məmurlardan heç kim cəzalandırılmadı. Yanğın barədə kçmiş Milli Təhlükəsizlik Nazirliyiişində də deyilirdi , amma hər şeyi ört-basdır etdilər. İnşaat sahəsi bəzi məmurlar üçün pul qazanmağın strateji istiqamətinə çevrilib. Evləri harada və necə gəldi tikirlər və bütün bunlar növbəti faciəyə qədər davam edir. Bu işdəinsanların təhlükəsizliyinin təmin edilməsi heç kəsi maraqlandırmır. Bütün sualları tikintini maliyyələşdirən qurumlara ünvanlamaq lazımdır. Yoxlamalar faciədən sonra yox, tikintinin lap əvvəlindən aparılmalıdır. İndi məlum olub ki, heç bir yoxlama olmayıb, amma nədənsə çoxları sudan quru çıxdı. Əgər günahkarlar cəzasız qalırsa, problemin mənbəyi aşkar edilməyibsə, belə faciələr çox ola bilər”.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə deyir ki, faciədən qaçmaq olardı.

“Bütün tikinti materiallar yanğın, güclü külək və zəlzələyə davamlılıq baxımından yoxlamadan keçirilməlidir. Bu, xüsusilə binalar tikildikdən sonra onlara vurulan üzlüklərə aiddir. Elə plastik üzlük var ki, gözəl görünür, zahirən daşa bənzəyir, amma kifayət qədər ucuzdur. Yəqin ki, yanmış çoxmərtəbəli binada daş üzlük adı ilə ondan istifadə edilib, pulları isə silərək mənimsəyiblər”, memar bildirib.

Z. Budaqova vurğulayır ki, təhlükənin mənbəyi təkcə yanğınlar deyil.

“ Bakıda güclü külək bir qızı eyvandan uçurmuşdu...”

“Bu yaxınlarda Bakıda güclü külək bir qızı eyvandan uçurmuşdu. Təsəvvür edin ki, bu evdə eyvanın məhəccəri nə qədər alçaq ölçülüdür ki, belə olaylar baş verir. Üzlük, suvaq insanların başına düşür, bütün bunlar da insan tələfatına gətirib çıxara bilər. Prezidentin sərəncamından sonra təhlükəli üzlüyü çıxartdılar. Lakin təhlükənin tam aradan qaldırıldığına təminat yoxdur... ”, ekspert vurğulayıb.

Xatırlatma

2015-ci il mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında 15 nəfərin ölümü, 50 nəfərin isə yaralanması ilə nəticələnən yanğın baş vermişdi. Yanğınabinanın üzlüyünün keyfiyyətsiz olması göstərilmişdi.

Yanğın olayına görə, bir çox şəxslər istintaqa cəlb edilmişdilər.

Foto arxiv
Foto arxiv

Onlar Cinayət Məcəlləsinin 225.2 (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmuş yanğın təhlükəsizliyi qaydalarının pozulması) və 308.2 (vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olmuş sui-istifadə etmə) maddələri üzrə ittiham olunurdular.

Bu il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin olaya görə cinayət məsuliyyətinə cəlb edilmiş 8 nəfərə hökm oxunub.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə«Global Construction» və poliuretan üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov 8 il, «Global Stone» MMC-nin baş direktoru olmuş Uğur Bəşirovisə 5 il həbs cəzası alıb.

Habelə, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin keçmiş müdiri Ədalət Rəcəbov və «Global Stone»un keçmiş sədr müavini Ələkbər Əsgərovun hər biri 4 il həbs cəzası alıblar. Binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov isə 3 il 6 ay azadlıqdan məhrum edilib. Daha 2 şəxsə isə şərti cəza verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG