Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 12:03

Avqustun 21-də yerli vaxtla saat 11-də 157 ildir hər saatbaşı zəng çalan Britaniya parlamentinin qülləsindəki “Big Ben” adlanan saat 4 illik susduruldu.

Bu gün saatın sonuncu zəngini izləməyə xeyli vətəndaş gəlib.

Saatın və qüllənin təmir işləri ilə əlaqədar onun susdurulması barədə qərar qəbul olunub. Mütəxəssislər bildirirlər ki, burada təmir işlərinin getdiyi bir vaxtda saatın zəngi yaxınlıqdakı işçilərin həyat və sağlamlığı üçün təhlükə yarada bilər.

Britaniyanın baş naziri Theresa May bu qərarı düzgün saymır. O, “Londonun səsi” adlandırılan saatın susdurulmasına etiraz edən başqa siyasətçilərə dəstək verib.

Əvvəllər yalnız "Saat Qülləsi" kimi tanınan tikilinin adı 2012-ci ildə kraliça II Elizabeth-in Brilyant Yubileyi münasibətilə dəyişdirilərək “Elizabeth” qülləsi olub. Lakin bu addan demək olar, heç kəs istifadə etmir.

Bu qala və onun üstündəki saat Britaniyanın fotosu ən çox çəkilən binası sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG