Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 23:16

Beynəlxalq Bank zərəri bağlamaq istəyir


Beynəlxalq Bank

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC nizamnamə kapitalını artırır.

Bankın nizamnamə kapitalının yeni səhmlərin 600 milyon manat artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb.

Beləliklə, ABB-nin nizamnamə kapitalı 1.241,287,247.85 manata çatdırılmış olacaq.

Buna da bax:​ Beynəlxalq Bankın problemli aktivlərindən nə xəbər var?

“Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir” - Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə deyib. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsindən ötrü digər tədbirlər də nəzərdə tutulur.

Ekspertlər hesab edir ki, bu artım zərərin bağlanmasında istifadə ediləcək. Bu il yanvarın 1-də bankın cəmi aktivləri 12.2 milyard manat, cəmi öhdəlikləri 12.9 milyard manat olub.

Buna da bax: 'Əsas günahkarlar, başda Mərkəzi Bank olmaqla, bankirlərimizdir'

Bankın depozit portfeli 6 milyard manat, kredit portfeli 5 milyard manat təşkil edir. Ötən il bank 1.3 milyard manat xalis zərər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG