Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:05

Berti Fogts Bakıya gəlir, bu dəfə başqa təqdimatda


Berti Fogts, Bakı, 10 fevral 2014

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Fogts Bakıya gələcək.

71 yaşlı mütəxəssis martın 26-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan və Almaniya yığmaları arasında 2018-ci il dünya çempionatının seçmə qrup matçında qonaq olacaq.

Xəbəri "Report" yayıb.

O, oyunu canlı yayımlayacaq RTL telekanalında Bundestimin keçmiş qapıçısı Yens Lemann ilə birgə ekspert kimi çıxış edəcək.

Saat 20:00-da başlanacaq görüşü Almaniya televiziyası üçün Marko Hageman şərh edəcək.

Berti FoGts 1990 - 1998-ci illərdə Almaniya, 2008 - 2014-cü illərdə Azərbaycan millilərinin baş məşqçisi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG