Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 02:35

Berlindəki olaya ad axtarılır


Berlində yük maşını Milad yarmarkasına çırpılıb – 9 ölü
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Berlində yük maşını Milad yarmarkasına çırpılıb – 12 ölü

Polis və rəsmilər qəti fikir söyləməsələr də, Qərb mətbuatı Berlin hadisəsindən dərhal sonra onun terror hücumu olduğunu ehtimal etdi. Çünki hadisə yayda Fransanın Nitsa şəhərində törədilmiş terror aktına çox bənzədi. Sürücü yük maşınını kütlənin üstünə sürür və 12 adamı öldürür, 50-yə qədərini yaralayır. Fransada 86 adam ölmüşdü. Hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürmüşdü.

POLİS TERRORÇULARDAN ŞÜBHƏLƏNİR

Mətbuatın yazdığına görə, bu səhər – dekabrın 20-də alman polisi terrorçulardan şübhələndiyini bəyan edib. BBC yazır ki, yarmarkadakıların üstünə sürülən yük maşınının sürücüsü yerində olmayıb. Camaat bir nəfərin yaxınlıqdakı parka tərəf qaçdığını xəbər verib, polis onu tutub. Az sonra «Tagesspiegel» qəzeti tutulan şəxsin xırda cinayətlərdə görə polisə tanış olduğunu, DPA agentliyi isə tutulanın Əfqanıstan, ya da Pakistandan gəlmiş miqrant olduğunu yazıb.

Hücumda istifadə edilmiş maşında bir nəfərin ölüsü tapılıb. Polis onun Polşa vətəndaşlığını müəyyənləşdirib. Yük maşınının aid olduğu Polşa yükdaşıma şirkətinin sahibi Ariel Zurawski mətbuata açıqlamasında yaxın qohumu olan sürücünü uşaqlıqdan tanıdığını deyib. Şirkət sahibinin sözlərinə görə, qohumu dekabrın 19-da, günortadan sonra itib, telefon zənglərinə cavab verməyib. Beləliklə, avtomobilin qaçırıldığı güman edilir.

Angela Merkel
Angela Merkel

SİYASİ BÖHRAN YARANA BİLƏR

«The New York Times» qəzeti yazır ki, Berlindəki terror aktını ölkəyə gəlmiş miqrantın törətdiyi sübut edilsə, bu, Almaniyada daha bir siyasi böhrana səbəb olacaq. Çünki kimliyi araşdırılmamış 1 milyon miqrantı ölkəyə qəbul etdiyinə görə kansler Angela Merkel-i çoxları qınayır.

Bu il Almaniyada miqrantların xeyli cinayət törətdiyi bildirilir. İl Köln şəhərində miqrantların günahlandırıldığı cinsi zorakılıq hadisələriylə başlayıb. Sonra Münhen dəmiryol stansiyasına hücum təhlükəsi barədə xəbərdarlıq yayılıb. Fevraldan bəri Almaniyada İŞİD-dən ilhamlandığı güman edilən şəxslərin törətdiyi 4 kiçik terror hadisəsi qeydə alınıb. Bu hadisələr zamanı tutulanlardan 2-si miqrant idi. Vürsburq yaxınlığında bir miqrant qatarda 5 sərnişini, başqa bir miqrant Ansbax şəhərində bomba partladaraq 15 nəfəri yaralayıb.

«The New York Times» bütün bu hücumların Almaniyada millətçilərin tərəfdarlarını artırdığını, son hadisənin isə qəzəb dalğasını xüsusilə gücləndirəcəyini yazır.

PSİXOLOJİ TƏSİR

Yəqin buna görədir ki, mətbuatın bilgilərinə baxmayaraq, Almaniya rəsmiləri «terror», ya da «hücum» sözlərini işlətməkdən çəkinirlər. «Seçdiyimiz sözlərin bütün ölkəyə psixoloji təsiri var», - Almaniyanın daxili işlər naziri Thomas de Maizière yerli mətbuata müsahibəsində deyib. «Mən «hücum» sözündən bilərəkdən istifadə etmirəm, hərçənd buna işarə edən məqamlar çoxdur», – nazir sözlərinə əlavə edib.

Berlinin təhlükəsizlik məsələləri üzrə əsas rəsmisi Andreas Geisel hadisənin hücum, ya da təsadüfi qəza ola biləcəyini söyləyib.

Şahidlər hadisənin qəsdən törədildiyinə əmindirlər.

Ağ ev, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Berlindəki hadisəni terror aktı kimi pisləyib. D.Trump Twitter səhifəsində islamçı terrorçuları Berlində xristianları qırmaqda günahlandırıb.

XS
SM
MD
LG