Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:58

Erdoğan-ın şəklinə görə Berlinə etiraz bildirildi [Video]


Berlində plakat
Berlində plakat

Almaniyada kanslerin ofisi qarşısında yerləşdirilmiş fotonu Türkiyə zorakılığa çağırış kimi dəyərləndirib. Həmin plakatda prezident Recep Tayyip Erdoğan diktator kimi təsvir olunub. Bu hadisə Almaniyada Böyük 20-liyin sammitindən bir neçə gün öncəyə təsadüf edir. Məlumatı «The Telegraph» qəzeti «Reuters» informasiya agentliyinə istinadla yayıb.

ÜÇ LİDERİN FOTOSU

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, alman polisinin məsələyə müdaxilə etməməsi durumu daha da qəlizləşdirib.

«Reuters TV»nin yaydığı videoda qara maşının üzərinə yerləşdirilmiş ağ-qara plakat görünür. Erdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz-in fotoları təsvir olunmuş plakatda yazılıb: «Bu maşını istəyirsiniz? Diktaturanı öldürün».

Türkiyədə və başqa ölkələrdə tənqidçilər Erdoğan-ı avtoritar idarəçilikdə ittiham edir, onun ötən ilin iyulundakı çevriliş cəhdindən sonra minlərlə adamı həbsə atdırdığını vurğulayırlar. Erdoğan bu tədbirlərin sabitliyin təminatından ötrü vacib olduğunu deyir. Həmin çevriliş cəhdində 240-dan çox adam öldürülüb.

«ZORAKILIĞA BİRBAŞA ÇAĞIRIŞDIR»

Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Almaniya hakimiyyətindən bu plakatla bağlı tədbir gözləyir.

«Plakatdakı ifadə zorakılığa birbaşa çağırışdır», – bəyanatda deyilir.

Türkiyənin etirazından bir gün öncə Almaniya hökuməti Erdoğan-ı onun xahişinə əməl etməyə çağırıb. Hökumətin Erdoğan-dan istədiyi odur ki, bu həftə Hamburqda dünyanın 20 böyük iqtisadiyyatının sammitində Almaniyada yaşayan türklərə müraciət etməsin.

Bu ilin əvvəlində türkiyəli siyasətçilərə prezidentin səlahiyyətlərini genişləndirmiş referendum öncəsi Almaniyada kampaniya aparmağa icazə verilmədi. Erdoğan bundan sonra alman rəsmilərini «nasist erasına xas taktika»dan yararlanmaqda suçladı.

XS
SM
MD
LG