Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Prezident atasından daha bir kitab yazdı


Gurbanguly Berdymukhamedov
Gurbanguly Berdymukhamedov

Türkmənistan prezidenti Gurbangulu Berdımukhamedovun atası Melikgulu Berdımukhamedovdan bəhs edən daha bir kitabı çıxıb.

Azadlıq Radiosu Türkmənistan xidmətinin məlumatına görə, “Mərd igidlər qeyrət üçün doğulurlar” adlı kitabın təqdimat mərasimi Melikgulu Berdımukhamedovun adını daşıyan 1001-saylı hərbi hissədə olub.

Dövlət informasiya agentliyinin məlumatına görə, kitabda Türkmənistan daxili işlər nazirliyinin fəaliyyəti, onun yaranma tarixi və uzun illər bu qurumda çalışmış Melikgulu Berdımukhamedovun tövhələrindən bəhs edilir.

Bu prezidentin ailə üzvləri barədə yazdığı ilk kitab deyil.

Berdımukhamedov bundan əvvəl çıxan “Dövlət quşu” adlı kitabını da atası Melikgulu Berdımukhamedova, “Aləm içrə at gəzər” adlı kitabı isə babası Berdımukhamed Annaevə həsr edib.

2007-ci ildən hakimiyyətdə olan Gurbangulu Berdımukhamedov tarix, iqtisadiyyat, dərman bitkiləri və milli ənənələr barədə 40-dan çox kitapın müəllifidir.

Orta məktəblərdə müəllimlər və şagirdlərdən prezidentin kitablarından sitat və sözlər işlətmək tələb olunur, onun bir neçə kitabından dərslik kimi istifadə olunur.

Ölkə mətbuatında da prezidentin kitablarından sitatlar gətirilir, ölkənin müxtəlif şəhər və rayonlarında prezidentin yaradıcılığından bəhs edən ədəbi görüş və tədbirlər keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG