Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:18

Türkmənistan prezidentinin Bakıya gəlişi gözlənir


Gurbanguly Berdymukhamedov (Arxiv)

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedovun avqustun 8-də Azərbaycana gələcəyi gözlənir. Xəbəri Türkmənistanın Dövlət Agentliyi yayıb.

Xəbərə görə, səfərlə bağlı məsələlər dünən, avqustun 4-də hökumətin iclasında müzakirə edilib.

Baş nazirin müavini, xarici işlər naziri R. Meredov bildirib ki, hər iki ölkə diplomatik münasibətlər qurduqdan sonra siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə konstruktiv əməkdaşlığı inkişaf etdirirlər.

Agentlik bildirir ki, energetika sahəsində əməkdaşlıq, Türkmənistanqazının Azərbaycan vasitəsilə Avropaya nəqli, Xəzərdə "mübahisəli" yataqların işlənməsi və Xəzərin dibinin iki ölkə arasında bölünməsi kimi məsələlərin müzakirəsi gözlənilir.

Xəzərin dibinin bölünməsi ilə bağlı Azərbaycanın İran və Türkmənistanla mövqeyi üst-üstə düşmür. Azərbaycan, Rusiya və Qazaxıstan arasında ciddi mövqe fərqinin olmadığı açıqlanıb.

İran və Türkmənistan isə Xəzərin bərabər şəkildə bölünməsini istəyir. Bu üzdən iki ölkə arasında mübahisəli yataqlar var. Əsas mübahisə “Kəpəz ” yatağı üstündədir. Türkmənistan həmin yatağı “Sərdar” adlandırır.

Buna da bax: Türkmənistanın "Rembo"su

Prezident nazirlərə güllə atmağını göstərir
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG