Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

'Polisdən şikayətimə görə didərgin düşmüşəm'


Ziya Abbasov, Bərdə

“1 aydan çoxdur ki, polislər tərəfindən döyülməyimlə bağlı durmadan dövlət qurumlarına şikayət edirəm. Müraciətlərimə cavab ala bilməsəm də, bu 1 ayda mənə təzyiqlər artıb”.

Bu il sentyabrın 16-da Bərdə sakini Ziya Abbasov AzadlıqRadiosu-nun “Qaynar xətt”inə rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı şikayət edib.

“ŞİKAYƏTLƏRİMİ DAYANDIRMASAM”

Z. Abbasov bildirmişdi ki, sentyabrın 11-də gecə saatlarında şəxsi avtomobili ilə taksi xidməti göstərərkən polis şöbəsinin əməkdaşları onu saxlayıblar. Zorla polis maşınına mindirərkən səs-küyə kənardan gələn Elşən adlı tanışını da ona qataraq şöbəyə aparıblar. Hər ikisini döyüblər, səhər şöbədən buraxıblar.

Buna da bax:​ 'Qardaşıma işgəncə verib, boynuna narkotik qoyublar'

Z. Abbasov şöbədən çıxandan sonra başına gələnlərlə bağlı baş prokurora, daxili işlər nazirinə, prezidentə yazıb. Əvəzində isə hazırda təzyiqlərin artdığını deyir:

“Bu qədər yazıram, birinə də cavab gəlmir. Ancaq saxlanmağımın və döyülməyimin əsas səbəbkarı olan, adının gah Elnur, gah Xəyal olduğu deyilən şəxs hər gün mənə tanışlarımın vasitəsilə xəbər göndərir ki, şikayətlərimi dayandırmasam, məni şərləyib tutduracaq. Gah deyirlər, “rəisin köməkçisidir”, gah deyirlər, “polis işçisi deyil, rəisin qohumudur, şöbədə at oynadır”. 1 aydır ki, bu adam haqqında konkret məlumat ala bilmirəm. Kimdir, polisə nə dərəcədə aidiyyəti var? Şöbəyə müraciət edirəm, deyirlər, “yeri get, başını ağrıtma””.

“BAŞQA YERDƏ QALIR”

Ziya Abbasov özünün və ailəsinin təhlükədə olduğunu bildirir:

“Normal ölkələrdə adamların həyatı təhlükəylə üz-üzə qalanda gedib polisə müraciət edir. Bizimsə həyatımıza ən böyük təhlükə elə polisdən gəlir. O qədər özbaşınalıqdır ki, kim olduğunu bilmədiyim, məni polisdə saxladıqları gün döyən həmin şəxs deyir, “hara şikayət edirsən, et, onsuz da mənə heç nə etməyəcəklər, ancaq mən səni “sroka” göndərəcəm”. Ölkənin baş prokurorundan və daxili işlər nazirindən özümün və ailəmin təhlükəsizliyinin təmin olunmasını, polis şöbəsindəki həmin şəxslə bağlı tədbir görülməsini tələb edirəm”.

Buna da bax:​ Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...

Ziya Abbasov növbəti dəfə polis şöbəsinə düşməmək üçün evində yaşaya bilmədiyini və ailəsi ilə başqa yerdə qaldığını deyir.

Bərdə rayon polis şöbəsindən AzadlıqRadiosu-na bildirilib ki, şöbədə nə Elnur, nə də Xəyal adında əməkdaş çalışır: “Şikayət, araşdırma tələb etmək vətəndaşın hüququdur. Heç kəs vətəndaşa şikayət etdiyi üçün təzyiq göstərə bilməz. Ziya Abbasov rəisə müraciət edib həmin şəxs tərəfindən narahat edildiyini, hədələndiyini bildirə bilər”, – şöbədən deyilib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG