Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 11:59

Chester Bennington ölüb, intihar etdiyi güman edilir


Chester Bennington

“Linkin Park” qrupunun solisti Chester Bennington Los- Ancelesdəki evində ölü tapılıb. Məlumatı Associated Press yayıb. Amerikalı sənətçinin 41 yaşı var idi.

Hüquq-mühafizə orqanları solistin intihar etdiyini güman edirlər. Musiqiçi uzun illər içki və narkotik asılılığına görə müalicə alıb. Onun ən yaxın dostlarından biri olan «Soundgarden” qrupundan Chris Cornell də bu ilin mayında intihar edib.

Bennington iki dəfə evli olub, 6 övladı var.

“Linkin Park” qrupunun ilk uğurlu albomu “Hybrid Theory” olub, 2000-ci ildə çıxıb və 10 milyon nüsxədən çox satılıb. Növbəti – “Meteora” albomlarının isə 4 milyon alıcısı olub.

“Linkin Park” 4 dəfə “American Music Awards” mükafatını qazanıb, eləcə də “Grammy” laureatını əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG