Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:40

Brüssel vağzalında 'terror insidenti' olub, şübhəli güllələnib


Belçikanın federal prokuroru Eric Van Der Sypt mətbuata bildirib ki, Brüsselin Mərkəzi vağzalında baş vermiş insident “terror hadisəsi” kimi dəyərləndirlir.

Antiterror polisi şübhəlinin təhlükəszilik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Belçika əsgərləri Brüsselin Mərkəzi Vağzalında intihar bombaçısı olduğu deyilən şübhəlini güllələyiblər. Rəsmilər bildirirlər ki, hazırda “vəziyyət nəzarət altındadır”.

Reuters agentliyinin müxbiri vağzal ərazisində bir nəfərin kiçik partlayış törətdiyini və ərazinin polis kordonu ilə bağlandığını bildirib.

Yerli medianın xəbərləri ziddiyyətli idi. Bəzi xəbərlərdə şübhəlinin hələ də sağ olduğu, digər xəbərlərdə isə öldürüldüyü deyilirdi.

Brüsselin Mərkəzi Vağzalındakı adamlar evakuasiya ediliblər
Brüsselin Mərkəzi Vağzalındakı adamlar evakuasiya ediliblər

DH qəzeti yazır ki, bel çantası və partladıcı kəməri olan şəxs Mərkəzi Vağzalda güllələnərək öldürülüb.

Brüsselin əsas binaları əsgəri qüvvələr tərəfindən mühafizə edilir.

Hadisə baş verərkən turist məkanı olan bu ərazi izdihamlı idi.

Het Laatste Nieuws qəzeti isə kiçik partlayışdan əvvəl bir nəfərin “Allahu-Əkbər” qışqırdığını yazıb.

Bu səsə gələn əsgərlər şübhəlinin paltarının altından naqillərin çıxdığını görüblər və bundan sonra atəş açıblar.

Polisin sözçüsü bildirib: “Mərkəzi Vağzalda insident olub və bir nəfərin üstündə partlayış baş verib. Həmin şəxs əsgərlər tərəfindən güllələnib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG