Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 12:45

Belarusla Çin vizasız rejim barədə razılaşma imzaladılar


Xi Jinping və Alyaksandr Lukashenka

BelTA agentliyinin məlumatına görə, razılaşmanı Belarus prezidenti Aleksandr Lukashenko ilə Çin Xalq Respublikasının sədri Xi Jinping, “Şanxay əməkdaşlıq təşkilatı” ölkələrinin Çində keçirilən sammiti çərçivəsində imzalayıblar.

Bu adi xarici pasportu olan vətəndaşlara da şamil edilir. Söhbət 30 günlük səfər üçün viza rjiminin ləğvindən gedir.

Belarus bundan əvvəl “Şengen” zonasına daxil olan ölkə vətəndaşlarının da bu ölkəyə 5 günlük səfəri üçün viza rejimini ləğv edib.

Minskdə vizalar mərkəzi
Minskdə vizalar mərkəzi

Buna da bax:"Belarus Avropa və Amerika üçün vizasız rejim elan edir".

Likashenko iyunun 10-da Çində çıxış edərkən deyib ki, Minsklə Pekin istənilən vəziyətdə bir-birlərini qətiyyətlə dəstəkləyirlər və Belarus Çinin sadiq müttəfiqidir.

Bir neçə il əvvəl Minsk ətrafında “Nəhəng daş” adlı xüsusi iqtisadi zona yaradılıb.Həmin ərazidə hazırda böyük, Çin-Belarus birgə sənaye parkı qurulur.

Həmin parkda 10 minlərlə işçisi olan yüksək texnologiyalı müəssisələr qurulmalıdır.

Belarusun Çinlə yaxınlaşması,Minsklə Moskva arasındakı münasibətlərin gərginləşməsi fonunda baş verir.

Buna da bax: "Lukashenka Rusiyanı sərhədi möhkəmlədəcəyi ilə hədələyir"

Günün bütün mövzuları

XS
SM
MD
LG