Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:52

Daha iki jurnalisti istintaqa çağırıblar


Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi

Daha iki jurnalistin Baş Prokurorluğa çağırıldığı bildirilir. Müstəqil jurnalistlər İzolda Ağayevaİslam Şıxəli prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət edilib.

Bu haqda Turan-a jurnalistlərin özü məlumat verib.

Jurnalistlər Baş Prokurorluğa "Meydan TV" və jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə dəvət ediliblər. Onların şahid qismində ifadələrinin alınacağı bildirilir.

Buna da bax:​ Daha bir jurnalist Muxtarlıya görə dindirildi

İzolda Ağayeva iyulun 6-da, İslam Şıxəli isə iyulun 7-də Ağır Cinayətlərə dair İstintaq İdarəsində olmalıdır.

Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və "Meydan TV"nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.

Buna da bax: Gülağa Aslanlı: ‘İstintaq qarışqadan fil düzəltmək istəyir’

Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ Avropa şəhərlərində Azərbaycanda həbsdə olan fəallara azadlıq istənilib…

2015-ci ildə “Meydan TV”nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. Onda Meydan TV-nin rəhbəri Emin Milli bunları demişdi: «Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

Günün bütün mövzuları

XS
SM
MD
LG